HİSS, p s i x o l o g i y a d a – insanın dәrk etdiyi cisim vә hadisәlәrә, elәcә dә özünә bәslәdiyi mәnfi vә ya müsbәt münasibәtlәrin tәzahürü olan psixi proses. H. idrak proseslәrindәn (duyğu, qavrayış, tәfәkkür vә s.), emosiyalardan fәrqlәnir. İdrak proseslәri cisim vә hadisәlәrin özlәrini, yaxud onlar arasındakı әlaqә vә münasibәtlәri әks etdirdiyi halda, H. insanın cisim vә hadisәlәrә bәslәdiyi münasibәtin inikasıdır. H. yalnız insana mәxsus olub, bәzi konkret, yaxud ümumi obyektlәr haqqında tәsәvvürlәrlә (mәs., insana, Vәtәnә sevgi H.-i) bağlıdır. Emosiyaya nisbәtәn davamlı olan H. müәyyәn cismә bәslәnәn emosional reaksiya ilә uyğun gәlmәyә dә bilәr. İnsan H.-i mәdәni-tarixi xarakter daşıyır. Hәr bir xalqın yaşadığı ictimai-tarixi şәrait, onun adәt-әnәnәlәri vә s. H.-in tәşәkkülündә mühüm rol oynayır. H. insanın davranış vә rәftarına tәsir göstәrir. H. zahiri ifadәyә dә (sevinc, yaxud qәzәb H.-i) malikdir. H.-lәr üç qrupa bölünür: әxlaqi, zehni, estetik; H.-lәr fәalstenik vә passiv-astenik olur. H.-in idarә vә tәnzim edilmәsi insandan yüksәk iradә, sәy tәlәb edir; bu, eyni zamanda şәxsiyyәtin ümumi mәdәni inkişaf sәviyyәsindәn, aldığı tәlim-tәrbiyәnin xarakterindәn dә asılıdır. Bax hәmçinin Emosiya.










