HİSSAR – Tac.-ın q.-indә şәhәr tipli qәsәbә. Əh. 27 min (2015). Hissar dәrәsindә, Böyük Hissar kanalı sahilindәdir. D.y. st. 1921 ilә qәdәr Buxara әmirliyinin Hissar bәyliyinin mәrkәzi olmuşdur. Teymurun yürüşlәrinә dair qeydlәrdә adı çәkilir. Topxana tәpәsindә eramızın әvvәllәrinә aid mәzarlıq aşkar edilmişdir (1946). 16–19 әsrlәrә aid tikililәr: Mәscidi-sәngin (Daş mәscid, 16 әsr; günbәzli qalereya ilә birlikdә günbәzli zal), Mәhdumi Əzәm mәqbәrәsi (16–17 әsrlәr), içqala qalıqları (19 әsr), Mәdrәseyi-kohnә (Qәdim mәdrәsә; 18 әsrin sonu – 19 әsrin әvvәli), Mәdrә seyinou (Yeni mәdrәsә; 19 әsrin ortaları).
Tikinti materialları istehsalı, yüngül vә yeyinti sәnayesi müәssisәlәri var.

Hissar. Hissar qalası. Tacikistan.










