Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HİSSAR
    HİSSAR, T ә p ә H i s s a r – İranda Damğan ş. yaxınlığında, Əlburz sıra d-rının qollarında Eneolit vә Tunc dövrlәrinә (e.ә. 5-ci minilliyin sonları – e.ә. 2-ci minilliyin әvvәllәri) aid qәdim yaşayış mәskәni vә mәzarlıq. İranın vә Orta Asiyanın Tunc dövrü mәdәniyyәtlәrinin dövrlәşdirilmәsi üçün etalon abidәdir. 1925 ildә E.Hersfeld tәrәfindәn aşkar edilmiş, E.F.Şmidt (1931–32) vә R.Daysonun (1976) rәhbәrlik etdiyi Amerika ekspedisiyaları tәrәfindәn tәdqiq olunmuşdur. Bir neçә tәlldәn (sah. tәqr. 5 ha) әldә edilmiş materiallar әsasında H.-da 8 mәrhәlәdәn ibarәt 3 dövr müәyyәnlәşdirilmişdir.
    H. I dövrü (e.ә. 5-ci minilliyin sonu e.ә. 4-cü minilliyin ortaları) üçün yaşayış otaqlarından vә onlara nizamsız şәkildә birlәşdirilmiş yardımçı tikililәrdәn ibarәt evlәr sәciyyәvidir. Böyrü üstә uzadılmış, zәif bükülmüş vәziyyәtdә dәfn olunmuş ölülәrin fәrdi qәbirlәri, yastı tiyәli mis bıçaq xәncәrlәr, sancaqlar, daş vә terrakota möhür-ştamplar, daşdan vә balıqqulağıdan muncuqlar vә asmalar tapılmışdır. Altlıqları olan genağızlı keramik qablar üstünlük tәşkil edir. H.-ın I A mәrhәlәsi üçün boz rәngli hәndәsi naxışlarla bәzәdilmiş qırmızı an qoblu yapma qablar sәciyyәvidir, H.-ın I B mәrhәlәsindә nәbati motivlәrlә, keçi vә ceyran tәsvirlәri ilә bәzәdilmiş girdә qablar; I C mәrhәlәsindә isә xallı heyvanların (bәbirlәrin?) tәsvirlәri ilә bәzәdilmiş naxışlı qablar meydana gәlmişdir.
    H. II dövründә (tәqr. e.ә. 3500–2700 illәr) ayrı-ayrı ev tәsәrrüfatları daha aydın seçilir, otaqlar arasında keçidlәr, otaqların içәrisindә tәsәrrüfat bölmәlәri vә ocaqlar var. Dәfn avadanlıqları mis xәncәrlәr, әsa başlıqları, bilәrziklәr, qızıl vә gümüş bәzәk әşyaları, metal möhür-ştamplar, bispiral ucluqlu sancaqlar vә lacivәrd muncuqlardan (H. Mesopotamiyaya aparılan lacivәrdin tranzit mәrkәzlәrindәn biri idi) ibarәtdir. H.-ın II A mәrhәlәsindә meydana gәlәn cilalanmış, yaxud üzәrindә hәndәsi naxışlar cızılmış boz rәngli qablar II B mәrhәlәsindә arxaik naxışlı keramikanı tamamilә sıxışdırmışdır.
    H.-ın III A vә III B tәbәqәlәrindә bayır tәrәfdәn düzbucaqlı divar oyuqları ilә bәzәdilmiş birotaqlı evlәr tәdqiq edilmişdir. Evlәrin mәrkәzindә vә otaqların divarlarında kvadratşәkilli ocaqlar yerlәşirdi. H.-ın III B mәrhәlәsindәki mәskәnin kәnarında 2 düzbucaqlı zaldan vә anbardan ibarәt monumental “Yanmış bina” (tәqr. 250 m2) qeydә alınmışdır. Zallar arasındakı pillәli taxçalarla bәzәdilmiş daxili pillәkәn, ehtimal ki, ocaq-mehrabın yerlәşdiyi yoxuşa aparırdı. Bina tәqr. e.ә. 2300 ildә hücum nәticәsindә mәhv edilmişdir (qazıntılar zamanı insan skeletlәrinә, yanğın izlәrinә, silahlara, qızıl vә gümüş qab, hәmçinin bәzәk әşyaları qırıqlarına, qabarıq şir tәsviri ilә bәzәdilmiş mis cama rast gәlinmişdir).
    H.-ın III C mәrhәlәsi (e.ә. 2-ci minilliyin әvvәllәri), әsasәn, varlılara mәxsus dәfn yerlәrinin materialları [boz vә qırmızı rәngli cilalanmış qablar, qiymәtli metallardan, yarımqiymәtli daşlardan (lacivәrd, әqiq) düzәldilmiş bәzәk әşyaları, tunc qablar, әsa başlıqları vә s. qabarıq zoomorf tәsvirlәrlә bәzәdilmiş әşyalar, ehtimal ki, ayini tәyinatlı daş mәmulatı (qadın heykәlciyi, disklәr, “sütunlar”)] ilә tәmsil olunur. H. III kompleksi e.ә. 3-cü minilliyin sonu e.ә. 2-ci minilliyinn әvvәllәrindә İran, Əfqanıstan, Bәlucistan vә Orta Asiya mәdәniyyәtlәrinin qarşılıqlı әlaqәlәrinin, Mesopotamiya vә Hindistan sivilizasiyaları ilә sıx әlaqәlәrin mövcudluğunu tәsdiqlәyir. H.-dan 2,2 km c.-ş.-dә Sasanilәr dövrünә aid qәsrin qalıqları yerlәşir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 