HİSSAR MƏDƏNİYYƏTİ – Son Neolit dövrünә (tәqr. e.ә. 7–2-ci minilliklәr) aid arxeoloji mәdәniyyәt. Cәnub-Qәrbi Tacikistanın Vәxş vә Kafirnihan çaylarının vadilәrindә yayılmışdı. Əsas abidәlәri Tutkaul (Düşәnbәdәn c.-ş.-dә) vә Kuy-Bulyendir (Kulyab ş. yaxınlığında). Əsasәn, qara çaydaşıdan düzәldilmiş kobud daş alәtlәrlә (nukleuslar, әrsinәbәnzәr alәtlәr, bıçağabәnzәr lövhә qırıqları, mizraq vә bıçaq ucluqları vә s.) sәciyyәlәnir. Yaşıl daş süxurlarından düzәldilmiş vә cilalanmış baltalar da var. Bәzi abidәlәrdә yapma saxsı qab qırıqları aşkar edilmişdir. Orta Asiyanın c. hissәsindә oturaq әkinçi tayfaların inkişaf etmiş mәdәniyyәt (Anau, Ceytun) yaratdıqları dövrdә, dağәtәyi vә dağ vadilәrindә yaşayan H.m. tayfaları nisbәtәn arxaik sәviyyәdә idilәr. H.m. әhalisi, әsasәn, ovçuluq, heyvandarlıq, qismәn әkinçiliklә mәşğul olmuşdur.










