HİSSAR SİLSİLƏSİ – Özb. vә Tac.-da, Hissar-Alay dağ sistemindә silsilә. Zәrәfşan vә Amudәrya çayları hövzәlәrinin suayırıcısıdır. C.-da pillәlәrlә Hissar vә Surxandәrya dәrәlәrinә enir. Enlik istiqamәtindә 200 km uzanır. Hünd. 4764 m-ә-dәkdir. Qranit intruziyaları ilә yarılmış kristallik süxurlardan, şist vә qumdaşılarından ibarәtdir. Yüksәkdağlıq relyefi üstünlük tәşkil edir. C.-q. qollarında (Babadağ, Baysuntau vә s.) vә şm. Öndağlıqlarında karst mağaraları yayılmışdır. Mәrkәzi hissәsindә, 2195 m hünd.-dә mәnzәrәli göl (İsgәn dәrgöl) var. Yamacların aşağı hissәlәrindә subtropik hündürotlu çöllәr, seyrәk meşәliklәr, daha yuxarılarda subalp vә Alp çәmәnlәridir. Zirvәlәrdә 1000-dәn çox kar buzlaqları var. Anzob aşırımından (3373 m) Daşkәnd – Düşәnbә avtomobil yolu keçir.

Hissar silsilәsi. İsgәndәrgöl.










