HİSTERÉZİS (yun. ύστέρησις – geriqalma, gecikmә) – maddәnin halını xarakterizә edәn fiziki kәmiyyәtin dәyişmәsinin xarici tәsiri müәyyәn edәn digәr fiziki kәmiyyәtin dәyişmәsindәn geri qalması (gecikmәsi); әgәr verilmiş zaman anında sistemin halı xarici tәsirlәrin mәhz bu andakı qiymәtlәri ilә deyil, hәm dә әvvәlki anlardakı qiymәtlәri ilә tәyin olunursa, demәli H. hadisәsi baş verir. Belәliklә, dövri (tsiklik) proses (xarici tәsirin artması vә azalması) nәticәsindә birqiymәtli olmayan ilgәyәbәnzәr diaqram alınır ki, buna da histerezis әyrisi vә ya ilgәyi deyilir. H. hadisәsi ilk dәfә 1880 ildә E.Varburq tәrәfindәn maqnit materiallarda kәşf edilmişdir. Fizikada maqnit, seqnetoelektrik vә elastiki H. hadisәlәrinin tәdqiqi xüsusi әhәmiyyәt kәsb edir.
Maqnit H.-i maqnitnizamlı maddәlәr dә (mәs., ferromaqnetiklәrdә, ferri maqnetiklәrdә vә s.) maqnitlәnmәnin (M) dövri dәyişәn (artıb-azalan) xarici maqnit sahәsindәn (H) birqiymәtli olmayan asılılığını ifadә edir.
Şәkildә sxematik olaraq ferromaqnetiklәr üçün M-in H-dan asılılığı göstәrilmişdir. İlkin halda maqnitlәnmәmiş (M = 0) ferro maqnetikdә H = 0 halından H-ın artması ilә maqnitlәnmә (M) dә artmağa başlayır (maqnitlәnmә әyrisi a) vә kifayәt

Maqnit histerezisinin ilgәklәri: 1 – maksimal,
2 – xüsusi; a – maqnitlәnmә әyrisi, b vә c – yenidәn
maqnitlәnmә әyrilәri; M R – qalıq maqnitlәnmә,
H c – koersitiv qüvvә, M s – doymuş maqnitlәnmә.
2 – xüsusi; a – maqnitlәnmә әyrisi, b vә c – yenidәn
maqnitlәnmә әyrilәri; M R – qalıq maqnitlәnmә,
H c – koersitiv qüvvә, M s – doymuş maqnitlәnmә.
qәdәr güclü sahәdә (H ≥ Hm) praktiki olaraq maqnitlәnmәnin qiymәti artmır vә maqnitlәnmә öz doyma sәviyyәsinә (Ms) çatır. Bu haldan sonra maqnit sahәsinin qiymәtini azaltsaq, maqnitlәnmә b әyrisınә uyğun dәyişir vә H = 0 olduqda M = MR (qalıq maqnitlәnmә) qiymәtini alır. Maddәni maqnitsizlәşdirmәk (M = 0) üçün koersitiv qüvvә adlandırılan H = – Hc әksistiqamәtli maqnit sahәsi tәtbiq edilmәlidir. Maqnit sahәsinin qiymәti – Hm-dәn +Hm-ә kimi dәyişdikdә maqnitlәnmә prosesi şәkildәki c әyrisinә uyğun olur. Maqnit sahәsi +Hm-dәn – Hm-ә kimi vә әksinә dәyişdikdә b vә c xәtlәri qapalı әyri yaradır ki, buna da h.-in maksimal ilgәyi deyilir (şәkildә “1” ilә işarә edilmişdir); b vә c xәtlәrinә isә, uyğun olaraq, H. ilgәyinin azalan (düşәn) vә artan (qalxan) qolları deyilir. Əgәr H1< Hm şәrtini ödәyәn xarici maqnit sahәsi [– H1, H1] intervalında dәyişәrsә, M(H) asılılığı yenә dә qapalı ilgәk formasında olur vә bu ilgәk (ona xüsusi ilgәk deyilir) tamamilә maksimal ilgәyin daxilindә yerlәşir (şәkildә “2” ilә işarә olunmuşdur).
Maqnit H.-inin yaranması sәbәbi H dәyişmәsinin müәyyәn qiymәtlәrindә, maqnetikdә termodinamiki potensialın minimumuna
uyğun gәlәn stabil hallardan başqa, metastabil halların varlığı vә bu hallar arasında dönmәz proseslәrin mövcudluğu ilә izah olunur. Ferro maqnit materiallarda H. hadisәsi iki effekt: maqnitlәnmә vektorunun fırlanması vә maqnit domenlәrinin ölçülәrinin dәyişmәsi hesabına (birdomenli ferromaqnetiklәrdә isә ancaq M vektorunun fırlanması hesabına) baş verir.
Seqnetoelektrik H.-i seqnetoelektriklәrin elektrik polyarlaşma vektorunun (P) qiymәtinin dövri dәyişәn xarici elektrik (E) sahәsinin intensivliyindәn birqiymәtli olmayan asılılığıdır. Seqnetoelektriklәr müәyyәn temp-r intervalında spontan (öz-özünә, yәni xarici elektrik sahәsinin iştirakı olmadan) polyarlaşmaya (Psp) malik ola bilir. Xarici elektrik sahәsinin tәsirilә polyarlaşmanın istiqamәti dәyişә bilәr, lakin bu halda verilmiş E üçün P qiymәti elektrik sahәsinin “tarixçәsindәn”, yәni әvvәlki vaxtlarda malik olduğu qiymәtlәrdәn asılı olacaq. Seqnetoelektrik H.-ini xarakterizә edәn parametrlәr elә maqnit H.-inin parametrlәrinә oxşayır.
Elastiki H. elastiki cisimlәrә dövri olaraq xarici mexaniki yük tәtbiq edib vә bu yükdәn azad etmәklә mexaniki gәrginlik ilә deformasiya arasında yaranan birqiymәtli olmayan asılılıqdır. Elastiki H.-in iki növü var: dinamik vә statik. Dinamik elastiki H. maksimal amplitudu elastiklik hәddindәn xeyli kiçik olan mexaniki gәrginliyin dövri dәyişmәsi vaxtı müşahidә edilir. Statik elastiki H. isә elastiklik hәddinә yaxın qiymәtlәrdә mexaniki gәrginliyin statik vә ya dövri dәyişmәsi vaxtı baş verir. Statik elastiki H.-in yaranması maddәdaxili sürtünmә (müxtәlif növ dislokasiyalar, hәrәki defektlәr hesabına) proseslәri ilә izah olunur.










