HİSTERÉZİS ELEKTRİK MÜHƏRRİKİ – sinxron elektrik mühәrriki növü; fırlanma momenti statorun maqnit sahәsi ilә maqnitlәnmiş rotorun (içliyi geniş histerezis ilgәkli materialdan hazırlanır) qarşılıqlı tәsiri nәticәsindә yaranır . Digәr növ sinxron mühәrriklәrlә müqayisәdә azgüclü H.e.m.-lәri daha yaxşı istismar xüsusiyyәtlәrinә malikdir, etibarlı, uzun müddәt vә sәssiz işlәyir. Azgüclü elektrik intiqallarında vә avtomatik idarәetmә sistemlәrindә istifadә olunur.










