HİSTİDİN [2-amin - 3 - (4 - i m i d a z o l i l) p r o p i o n t u r ş u s u] – zәif әsasi xassәlәri molekulundakı imidazol qalığının olması ilә şәrtlәnәn әvәzolunmayan aminturşu.
Bütün orqanizmlәrdә sәrbәst şәkildә, zülalların vә bioloji aktiv peptidlәrin (mәs., karnozin vә anserin) tәrkibindә tәsadüf edilir. H.in dekarboksillәşmәsi zamanı histamin әmәlә gәlir. Orqanizmdә H.-in çevrilmәsinin son mәhsullarından biri qlutamin turşusudur. H. metabolizminin irsi pozulmaları (histidinemiya) әqli gerilik vә nitq qüsurları ilә müşayiәt olunur. H.-hidroxlorid tibdә hepatitin, mәdә vә onikibarmaq bağırsaq xorasının müalicәsindә istifadә edilir. Bax hәmçinin Amin turşular.











