Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HİSTOLÓGİYA 
    HİSTOLÓGİYA (histo... + ...logiya) – çoxhüceyrәli heyvanların vә insanın toxumaları haqqında elm. Bitki toxumalarını bitki anatomiyası öyrәnir. “H.” terminini alman alimi K.Mayer elmә daxil etmişdir (1819). H. toxumaların inkişaf prinsiplәrini, quruluşunu vә funksiyalarını tәdqiq edәn ümumi H.-ya vә orqanların tәrkibindә toxuma komplekslәrini öyrәnәn xüsusi H.ya bölünür. Ümumi vә xüsusi H.-nın mәxsusi istiqamәtlәri h i s t o f i z i o l o g i y a – toxumalar vә orqanizmin müxtәlif funksional vәziyyәtlәrindә onların әmәlә gәtirdiyi daxili mühitlәr haqqında tәlim vә h i s t o k i m y a d ı r – müxtәlif toxumalarda maddәlәr mübadilәsinin xüsusiyyәtlәrini öyrәnәn H. bölmәsi. H. anatomiya, sitologiya embriologiya ilә sıx әlaqәdardır.
    H.-da әsas tәdqiqat obyektlәri histoloji preparatlar, toxumaların öyrәnilmәsinin başlıca üsulu isә mikroskopiyadır (işıq, lüminessent, faza-kontrast, elektron vә s.). Histoloji preparatlar diri vә ya ölü (fiksә olunmuş) strukturlardan hazırlanır; onlar asılqan hüceyrәlәr (mәs., qan hüceyrәlәrinin), yaxma (mәs., iliyin), iz (mәs., qaraciyәrin, dalağın), orqanın ümumi preparatı (mәs., beynin yumşaq qişası), toxuma vә yaxud orqanın nazik kәsiyi şәklindә ola bilәr. H.-da klassik tәdqiqat obyekti toxumanın vә ya orqanın bir çox onilliklәr boyu tәdqiqat üçün yararlı olan fiksә edilmiş vә boyanmış kәsiyidir. Elektron mikroskopda öyrәnilәn preparatların hazırlanmasında xüsusi fiksasiya, tökmә üsulları, şüşә bıçaqları olan xüsusi ultramikrotom cihazında ifratnazik kәsiklәrin әldә edilmәsi metodu tәtbiq olunur. Elektron mikroskopiya toxuma hüceyrәlәrinin submikroskopik quruluşunu, onların bir-biri vә toxumanın hüceyrәarası komponentlәri ilә morfoloji kontaktını öyrәnmәyә imkan verir. Histo kimya üsulları getdikcә daha geniş tәtbiq edilir. Onların kömәyilә toxumalarda vә hüceyrәarası maddәdә müxtәlif maddәlәrin dәqiq lokalizasiyasını vә miqdarını müәyyәn etmәk olur. Maddәlәrin sintezinin tәdqiqindә nuklein turşularının vә zülalların spesifik sәlәflәrindәn istifadә etmәklә avtoradioqrafiya geniş tәtbiq olunur. Histo fiziologiya üçün toxumaların xüsusiyyәtlәrinin öyrәnilmәsindә eksperimental yanaşmalar sәciyyәvidir: tәcrübә heyvanların da regenerasiya, iltihab, orqanların vә onların hissәlәrinin köçürülmәsi proseslәrinin tәkrarı; sinir vә endokrin sistemlәrinә tәsir etmәklә toxumaların fәaliyyәtinin stimulyasiya vә tormozlanması vә s. Toxumaların inkişafının vә funksiyalarının oyrәnilmәsindә toxuma kulturalarından, hәmçinin toxumaların transplantatlarından istifadә olunur.
    Histologiyanın yaranması vә inkişafı. H.-nın 1820-ci illәrdә müstәqil elm kimi tәşәkkül tapması mikroskopiyanın inkişafı ilә bağlıdır. H. üçün metodoloji әsas T.Şvann vә M.Şleyden tәrәfindәn tam әsaslandırılmış hüceyrә nәzәriyyәsi olmuşdur. 19 әsrin 1-ci yarısında Y.Purkine, İ.Müller, F.Henle, R.Remak vә N.M.Yakuboviçin fәaliyyәti nәticәsindә müxtәlif heyvanların orqanlarının mikroskopik quruluşu haqqında mәlumatlar әldә edilmişdir. Bu mәlumatları ümumilәşdirmәklә, elәcә dә öz müşahidәlәri әsasında alman histoloqları F.Leydiq (1853) vә A.Kölliker (1855) toxumaların ümumi şәkildә günümüzәdәk gәlib çatmış tәsnifatını yaratmışlar. Onlar 4 qrup toxuma müәyyәn etmişlәr: epiteli, birlәşdirici (qan vә limfa, qığırdaq vә sümük toxumaları daxil olmaqla), әzәlә vә sinir toxumaları. 20 әsrdә aparılmış tәdqiqatlar toxumaların struktur vә funksiyalarına görә müxtәlif tiplәrә bölünmәsini tәsdiq etdi vә toxumaların embriogenezdә müxtәlif rüşeym vәrәqәlәrindәn әmәlә gәlmәsini dәqiqlәşdirdi. 19 әsrin ikinci yarısı – 20 әsrin әvvәllәrindә epitelinin (fransız histoloqu F.Laqes, L.Ranvye), birlәşdirici toxumanın (alman tәdqiqatçısı V.Ebner, İ.İ.Meçnikov), әzәlә (alman histoloqu M.Haydenhayn) vә sinir (K.Qolci, ispan histoloqu R.Ramon-i-Ka xal, A.S. Dogel) toxumaları quruluşunun mühüm xüsusiyyәtlәri müәyyәn edildi. H.-nın inkişafına sitologiya sahәsindә böyük kәşflәr dә kömәk etdi: hüceyrәnin bölünmәsinin (mitozun) vә sitoplazma orqanellalarının (mitoxondrilәrin vә Qolci kompleksinin) tәsviri, iltihab prosesinin hüceyrә tәbiәtinin müәyyәn olunması vә s. R.Remak vә R.Virxovun әsәrlәrindә göstәrilir ki, yeni hüceyrәlәr yalnız әvvәlki hüceyrәlәrin bölünmәsi nәticәsindә әmәlә gәlir. H.-nın inkişafında alman bioloqu O.Hertviqin böyük әhәmiyyәt kәsb etmiş “Hüceyrә vә toxumalar” (c. 1–2, 1893–98) kitabında histologiyanın ümumbioloji әhәmiyyәti haqqında nәticә çıxarmağa imkan verәn çox saylı mikroskopik tәdqiqatlar ümumilәşdirilmişdir.
    1960-cı illәrin әvvәllәrindә fransız alimi K.Leblon hüceyrә bölünmәlәrinә dair tәdqiqatları ümumilәşdirәrәk, yetkin heyvanların toxumalarını yenilәşmә qabiliyyәtinә görә üç qrupa ayırdı: çoxalmayanlar vә ya hüceyrә sayı hüceyrә populyasiyalarında azalan (mәs., sinir hüceyrәlәri) statiklәr; zәif çoxalan (“böyüyәn”), lakin daimi sayda hüceyrә saxlayanlar (mәs., hüceyrәlәrindә mitozlar az olan, lakin zәdәlәnәndәn sonra bütün hepatositlәri mitotiktsiklә keçә bilәn qara ciyәr parenximası); yüksәk mitotik aktivliklә intensiv yenilәşәn (mәs., bir neçә gün әrzindә yenilәşәn bağırsaq epitelisi). 1960–80-ci illәrin әsәrlәrindә göstәrilir ki, hüceyrә populyasiyalarının kinetikası haqqında tәsәvvürlәr tam deyildir, çünki toxumaların yenilәşmәsini qiymәtlәndirәrkәn yalnız diploid hüceyrәlәrin çoxalma intensivliyinin hesablamaları nәzәrә alınır. Son 30 ildә bir çox onurğalı vә onurğasız heyvanların müxtәlif toxumalarında bitkilәrin әksәriyyәti üçün sәciyyәvi olan poliploid hüceyrәlәrin tapılması göstәrir ki, hüceyrә genomlarının çoxalması (poliploidiya) toxumaların böyümәsini, regenerasiyasını vә yenilәşmәsini stimullaşdıra bilәr. Bәzi toxumalarda (mәs., siçanın vә ya sıçovulun qaraciyәrinin parenximası, mәmәlilәrin miokardı), әsasәn, poliploid hüceyrәlәr olur.
    Histologiyanın vәzifәlәri vә müasir vә ziyyәti. Müasir H.-nın әsas vәzifәlәrinә toxumaların histogenezinin vә yaşla әlaqәdar xüsusiyyәtlәrinin dәyişmәsinin, ekstremal amillәrin (funksional olaraq çox yüklәnmә, radiasiya vә s.) tәsirilә toxumaların reaktivliyinin, onların regenerasiya mexanizminin, kanserogenezinin, toxumada hüceyrәlәrarası vә orqanlarda toxumaarası әlaqәlәrin, sinir fәaliyyәtinin hüceyrә mexanizminin dәrindәn tәdqiqi aiddir. H.-nın әn aktual vәzifәlәrindәn biri kök hüceyrәlәrinin potensiyalarını vә bәzi sinir, ürәk-damar vә s. xәstәliklәr zamanı onların köçürülmәsi imkanını müәyyәnlәşdirmәkdir. Bu hüceyrәlәr dәfәlәrlә bölünmәyә qabildir vә toxumalarda hüceyrәlәrin uzunmüddәtli tarazlığını davamlı olaraq tәmin edir. Kök hüceyrәlәrinin bağırsaq epitelisi vә sümük iliyindә çoxdan mәlum olan ehtiyatlarından başqa, qara ciyәrdә, әzәlәlәrdә vә sinir sistemindә normal halda az diferensiasiya olunmuş hüceyrәlәr müәyyәn edilmişdir. Embrional kök hüceyrәlәrinin müxtәlif toxumalara çevrilә bilәn klonları ayrılmış vә saxlanmışdır. Hüceyrәlәrin bilavasitә vә ya hüceyrәarası mühit vasitәsilә tәmas aktivliyinin uyğunluğunun kimyәvi amillәri müәyyәnlәşdirilmişdir. Yetkin orqanizmin toxuma üçün spesifik olan kök hüceyrәlәrinin tәdqiqi hәyata keçirilir. Toxumaların regenera siyasının dәrk edilmәsinin perspektiv yolu kök hüceyrәlәrinin aşkarlanması vә stimulyasiyasıdır. Bәzi hüceyrәlәrin ixtisaslaşmasını itirmәsi, onların mitoztsiklinә daxil olaraq yeni istiqamәtdә diferensiasiyası vә s.-nin tәdqiqi dә aktualdır. Eksperimental H.-nın әhәmiyyәtli vәzifәsi süni mühitdә toxumaların ekvivalent struktur-funksional vahidlәrinin alınması vә onların zәdәlәnmiş toxumaları bәrpa etmәk üçün bunlara transplantasiyasıdır (yetişdirilmiş dәri ekvivalentlәrindәn yanıqların müalicәsi üçün artıq istifadә edilir.). H-nın mühüm istiqamәti hüceyrәlәrin proqramlaşdırılmış mәhvi – apoptozla bağlıdır vә bununla da öz növbәsindә müvәqqәti rüşeym (provizor) orqanlarının involyusiyası, yetkin toxumalardan qocalan hüceyrәlәrin kәnar edilmәsi vә s. әlaqәdardır. Hüceyrәarası әlaqәlәr sahәsindә orqan funksiyalarının sinir vә hormonal tәnzimini tamamlayan birbaşa hüceyrә әlaqәlәri әsas landırılmışdır. Hüceyrәlәrarası qarşılıqlı tәsirlәrin öyrәnilmәsindә hәll olunmamış vә әhәmiyyәtli vәzifәlәrdәn biri insanın yaddaş vә şüurunun hüceyrә vә toxuma mexanizmlәrinin tәdqiqidir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 