Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HİSTOUYĞUNLUQ ƏSAS KOMPLEKSİ
    HİSTOUYĞUNLUQ ƏSAS KOMPLEKSİ (HƏK) – immun cavab zamanı antigenlәrin T-limfositlәrә tәqdim edilmәsinә mәsul olan zülalları kodlaşdıran genlәr kompleksi. İlk әvvәl bu genlәrin mәhsulları toxumaların uyğunluğunu şәrtlәndirәn antigenlәr kimi eynilәşdirilmiş vә bu da kompleksin adını müәyyәn etmişdir (ing. major histocompatibility complex). İnsanda HƏK antigenlәri (vә kompleksin özü) HLA (ing. human leukocyte antigens) adlanır, çünki onlar әvvәlcә leykositlәrdә tapılmışdır. HLA kompleksi 6-cı xromosomda lokallaşır vә 3 sinfә ayrılan 200-dәn artıq gendәn ibarәtdir. Siniflәrә bölünmә onların kodlaşdırdığı zülalların struktur xüsusiyyәtlәri vә törәtdiklәri immun proseslәrinin xarakteri ilә şәrtlәnir. İlk iki sinfin genlәri arasında olduqca yüksәk polimorfizmlә sәciyyәlәnәn klassik genlәr vardır: hәr bir gen yüzlәlә alllel forma ilә tәqdim olunur. İnsanın HƏK klassik genlәrinә A, B, C HLA-genlәri (I sinif), DR, DP vә DQ (II sinif) genlәr aiddir. III sinif HƏK genlәri histo uyğunluqla vә antigen tәqdimatı ilә әlaqәsi olmayan zülalları kodlaşdırır. Onlar komplement sistemi amillәrinin, bәzi sitokinlәrin, istilik şoku zülallarının әmәlә gәlmәsinә nәzarәt edir.
    HƏK genlәrinin son mәhsulları hüceyrәlәrin membranına yerlәşәn qlikoproteinlәrlә tәmsil edilir. I sinif HƏK qlikoproteinlәri, demәk olar ki, bütün nüvәli hüceyrәlәrin hüceyrә membranında, II sinif qlikoproteinlәr isә yalnız antigen tәqdim edәn hüceyrәlәrdә (dendritli hüceyrәlәr, makro faqlar, B-limfositlәr, bәzi aktivlәşdirilmiş hüceyrәlәr) olur. I sinif HƏK qlikoproteinlәrinin әmәlә gәlmәsi prosesindә onların tәrkibinә proteoliz gedişindә әmәlә gәlәn hüceyrәdaxili zülalların fraqmentlәri, II sinif halında isә hüceyrәlәr tәrәfindәn udulan hüceyrәlәrarası sahә zülalları daxil olur. Onların arasında patogen mikroorqanizmlәrin komponentlәri ola bilәr. HƏK qliko proteinlәrinin tәrkibindә onlar hüceyrә sәthinә daşınır vә T-limfositlәrlә müәyyәn edilir. Bu proses antigenin tәqdim olunması adlanır: yad antigen peptidlәri I sinif HƏK qlikoproteinlәri tәrkibindә sitozәhәrlәyici T-hüceyrәlәrә, II sinif HƏK
    qlikoproteinlәri tәrkibindә T-xelperә tәqdim olunur.
    HƏK genlәrinin müxtәlif allel formalarının mәhsulları müxtәlif peptidlәrә oxşarlığına görә fәrqlәnir. Bu vә ya digәr patogendәn müdafiәnin effektivliyi hәmin orqanizmdә HƏK genlәrinin hansı allelәrinin olmasından asılıdır. O, yad peptidlәr ilә II sinif HƏK qlikoproteidlәrinin birlәşmәsi ilә müәyyәn edilir, çünki, onların T-helperlәrә tәqdim olunması immun cavabın bütün formalarının әsasını tәşkil edir. Bununla әlaqәdar II sinif HƏK genlәri immun cavab genlәri kimi qәbul edilir.
    Müәyyәn şәraitdә immun cavab orqanizmin II sinif HƏK molekulları tәrkibin dәki öz zülallarının peptid fraqmentlәri tәqdimatının nәticәsi ola bilәr. Bunun ardınca isә autoimmun proseslәrin inkişafı mümkündür ki, bu da II sinif HƏK genlәrinin nәzarәti altında olur. Orqan vә toxumaların köçürülmәsi zamanı (uyğun gәlәn donor – resipiyent cütünü seçmәk üçün), mәhkәmә-tibb praktikasında (atalığı inkar etmәk, cinayәtkarların vә cinayәtә mәruz qalanların eynilәşdirilmәsi üçün), habelә genocoğrafi tәdqiqatlarda (xalqların
    vә etnosların qohumluq әlaqәsini vә miqrasiyasını öyrәnmәk üçün) HƏK-in klassik genlәrinin tәyini (DNT-tiplәşdirmә) zәncirvarı polimeraza reaksiyasının kömәyi ilә aparılır. Bax hәmçinin İmmunitet.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 