HİTÇİNQS (Hitchings) Corc Herbert (18.4.1905, Vaşinqton ştatı, Xokuiam – 27.2.1998, Şimali Karolina ştatı, Çapel–Hill) Amerika biokimyaçısı vә farmakoloqu. Nobel mükafatı laureatı (1988, C.U.Blek vә G.Ela yon ilә birgә). 1923–27 illәrdә Vaşinqton Un-tin dә (Sietl) kimyanı öyrәnmiş, sonra Harvard Un-tindә tәhsil almış vә 1933 ildә orada tibb üzrә dissertasiya müdafiә etmişdir. Harvard Un-tindә vә Keys Uestern Rezerv Un-tindә (Klivlend) işlәmişdir; 1942 ildәn Uellkomunla–boratoriyalarında çalışmış,orada 1944 il dәn G.Elayon ilә әmәkdaşlıq etmiş, nәticәdә 30 il әrzindә onlar bir sıra dәrman preparatları (malyariyaın müalicәsi vә profilaktikası üçün pirimetamin; leykemiyaya qarşı merkaptopurin; trimetoprim antibiotiki; bir neçә sitostatik preparatlar vә s.) hazırlamışlar. Laboratoriyalarda işlәmәklә yanaşı Dyuk Un-tinin tibb fakültәsindә dәrs demişdir.











