HİVAROLAR, h i b a r o l a r, ş u a r a l a r – Cәnubi Amerikanın q.-indә hindi xalqları qrupu. Ekvadorun c.-ş.-indә vә ş.-indә (Pastasa vә Morona-Santyaqo әyalәtlәri) vә Perunun şm.-ında (Kaxamarka vә Amasonas dep-tlәrindә, San-Martin dep-tinin şm.-ında vә Loreto dep-tinin şm.-q.-indә) yerlәşәn Maranyon çayının orta axarının sol sahilindәki And d-rının ş. qollarında (Santyaqo, Morona, Pastasa çayları, Korriyentes çayının yuxarı axarı) yaşayırlar. H. әsl H., yaxud şuaralar (ş i u r r a l a r, ş i v o r a l a r, ç i v a r o l a r; Ekvadorda 79,7 min nәfәr, 2010), açuar-şiviarlar (özlәrini a e n s adlandırırlar; Ekvadorda 9,1 min nәfәr vә Peruda 5 min nәfәr, 2016); vampislәr (v a m b i s a l a r, u a m b i s a l a r, özlәrini u a m p i s, ş u a r adlandırırlar; Peruda 11 min nәfәr) vә aquarunalardan (a q u a h u n l a r, a v a h u n l a r, a v a h u n t l a r; Peruda 60 min nәfәr) ibarәtdir; bәzәn Peruda yaşayan kandoşi-şapraları (m u r a t o l a r, 3,5 min nәfәr) H.-a aid edirlәr; digәr fәrziyyәlәrә görә, kandoşi dili tәcrid olunmuş dildir. Dillәri hivaro dil ailәsinә daxildir, yazıları latın qrafikası әsasındadır. Hәmçinin ispan vә keçua dillәri yayılmışdır. Ənәnәvi dini inanclarını saxlayırlar, H.-ın tәqr. 10 %-i xristiandır.

Hivarolar әnәnәvi geyimdә.
İspanların gәlişinәdәk H.-ın qәrb әrazilәri inklәrin ekspan siyasına mәruz qalmışdı. İspanlarla ilk әlaqәlәr 16 әsrin ortalarından başlamışdır. 17 әsrin әvvәllәrindәn H.-ı xristianlaşdırmaq cәhdlәri olmuş, 19 әsrin ortalarında H. arasında yezuit missiyaları yaradılmışdı. Döyüşkәn H.-ın bir çox icmaları tәcrid olunmuş hәyat tәrzini 20 әsrin ortalarınadәk qoruyub saxlamışdılar. 1960-cı illәr dәn H.-ın әrazilәrindә neft çıxarılır. Onların bir hissәsi şәhәrlәrdә yaşayır, yaxud neft kәmәrlәrinә xidmәt sahәsindә işlәyirlәr. İctimai-siyasi tәşkilatları var.

Şuara ovçu. Ekvador.
Ənәnәvi mәdәniyyәtlәri Cәnubi Amerikanın tropik meşәlәrindәki hindilәr üçün sәciyyәvidir. Tala әkinçiliyi (maniok, banan, qarğıdalı, batat, lobya, şәkәr qamışı, pambıq, tütün), ovçuluq (o cümlәdәn oxatan borucuq vә nizәdәn istifadә etmәklә), balıqçılıq (tәlә vә zәhәrli bitkilәrdәn istifadә etmәklә) vә yığıcılıqla mәşğul olurlar. Toxuculuq, dulusçuluq, hörmә inkişaf etmişdir. Ənәnәvi yaşayış evlәri böyük ailә üçün oval planlı komalardır. Ənәnәvi geyimlәri kişilәrdә pambıq parçadan bel sarğısı, qadınlarda sağ çiyindә bәnd edilәn sarğıdır. Bәzәk әşyaları heyvan dişlәrindәn, meyvәlәrdәn vә toxumlardan boyunbağı, kişilәrdә lәlәklәrdәn baş geyimidir. Sifәtin vә bәdәnin rәnglәnmәsi yayılmışdır. Düşmәn başlarının ovu vә insan başlarının yarılması (santsa) adәtlәri 1950-ci illәrәdәk saxlanılmışdı. Şaman ayinlәri keflәndirici ayauska lianasının (Banisteriopsis caapi) hәlimindәn, tütündәn vә s.-dәn istifadә ilә müşayiәt olunur. Zәngin mifologiya (Ay vә Günәş qardaşları haqqında, müxtәlif mәdәni dәyәrlәrin – od, duz, gil, bitki boyalarının mәnilsәnilmәsinә, ulduzların mәnşәyinә dair süjetlәr) saxlanılmışdır. Musiqi alәtlәri tәbillәr vә fleytalardır.
Hivarolar. Tukan quşu lәlәklәrindәn tunika.










