Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HİYERON 
    HİYERON (yun. Ἱέρων, lat. Hieron) – Sirakuza (Siciliya) tiranlarının adı.
    H i y e r o n I (tәqr. e.ә. 540/525–467/466) Siciliyanın Gela ş.-ndә anadan olmuşdur. Onun böyük qardaşı Gelon Gelada hakimiyyәti әlә keçirmiş (e.ә.491), sonra Sirakuzada bәrqәrar olaraq (e.ә. 485) Gelanın idarәsini qardaşına hәvalә etmişdir. Gelonun ölümündәn sonra I H. Sirakuzanın hakimi (birinci arxontu) olmuşdur (e.ә. 478). Siciliyanın çox hissәsini özünә tabe edәrәk fәal xarici siyasәt aparmışdır. Cәnubi İtaliyada böyük uğurlar qazanmışdır: Regiy ş.-nin tiranı Anaksilayı mәğlub etmiş, e.ә. 474 ildә Kuma ş.nin kömәyinә gәlәrәk dәniz döyüşündә etruskları mәğlubiyyәtә uğratmış, onların Qәrbi Aralıqdәnizyanıda ağalığı iddiasına son qoymuşdur. I H.-un hakimiyyәti illәrindә Sirakuzada tiraniya özünün әn qüdrәtli mәrhәlәsinә çatmışdı. Bu, tiranın panellin iddialarında әksini tapmışdı: o, dә fәlәrlә Olimpiya vә Delfada at vә döyüş arabası yarışlarında iştirak etmiş vә qәlәbә qazanmışdı. Rәssam vә yazıçılara himayәdarlıq etmiş, onun mәdәni hәyatın mәrkәzinә çevrilmiş sarayına Simonid, Pindar, Vakxilid, Esxil kimi mәşhur şairlәr sığınmışdılar.
    H i y e r o n II (tәqr. e.ә. 306–215) Sirakuzada tiran Aqafoklun ölümündәn sonra, sirakuzalılarla karfagenlilәr vә mamertinlәr [Messanada (yun. Messina) mәskunlaşmış muzdlu әsgәrlәr] arasındakı növbәti toqquşmalar zamanı şöhrәt qazanmışdı. Sәlahiyyәtli strateq tәyin edildikdәn sonra II H. e.ә. 275 ildә Sirakuzada tiran qismindә bәrqәrar olmuş, karfagenlilәrlә sülh bağlayaraq, e.ә. 269 ildә mamertinlәr üzәrindә qәlәbә qazanmış, bundan sonra Sirakuza xalqı onu çar elan etmişdi. Siciliyanın böyük hissәsi II H.-un hakimiyyәtinә keçmişdi, lakin onun mamertinlәrә qarşı yeni yürüşü karfagenlilәr vә romalıların Messana işlәrinә qarışmasına gәtirib çıxarmışdı (e.ә. 264). Çәtin seçim qarşısında qalan II H. romalılarla müqavilә bağlayaraq onlara hәr il bac ödәmәyi öhdәsinә götürmüş vә öz mülklәrini Siciliyanın ş. sahillәri ilә mәhdudlaşdırmışdı. Bundan sonra Roma ilә Karfagen arasında baş verәn müharibәlәrdә (1-ci vә 2-ci Pun müharibәlәri) II H. romalılara sadiq qalaraq onların qoşunlarını mütәmadi olaraq әrzaqla tәmin etmişdir. O, taxıl mәhsulundan onda bir vergisinin alınması vә bu işdә müqatiәçilәrin iştirakına dair qәti qaydalar (“Hi yeron qanunu”) müәyyәnlәşdirmişdi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 