HİYUMAA, H i u m a, D a q o – Baltika dәnizindә, Moonzund arxipelaqında ada. Estoniya Resp.-nın әrazisidir. Sah. tәqr. 965 km2. Maks. hünd. 54 m-dir. Əsasәn, әhәngdaşı vә dәniz çöküntülәrindәn tәşkil olunmuşdur. Ada әrazisinin 60%-ni meşәliklәr tutur. Şamağacı meşәlәri, sahillәrindә qamışlıqlar var. Əsas şәhәri Kyardladır.
K.t., meşә tәsәrrüfatı, hasilat sәnayesi, balıqçılıq, turizm inkişaf etmişdir. K.t.-nda heyvandarlıq (xәzlik, әtlik) mühüm yer tutur. Oduncaq tәdarükü, yonqar; plastik kütlәdәn mәmulatlar vә tibbi alәtlәr istehsal edilir. Dәniz mәhsulları ixrac olunur. Gәmi qayırma vә gәmi tәmiri, balıq, k.t. mәhsulları emalı müәssisәlәri fәaliyyәt göstәrir.

Hiyumaa adası. Kıpu mayakı.










