“HNÇAQ” (“Zәng”) – ermәni millәtçi-terrorçu partiyası. “H.” bir qrup ermәni tәlәbәsi tәrәfindәn 1887 ildә Cenevrәdә yaradılmış, bir müddәt sonra partiyanın mәrkәzi komitәsi eyniadlı qәzetin redaksiyası ilә birlikdә Londona köçmüşdür. “H.”-ın 1897 ildә dәrc olunmuş proqramının әsas hissәsi “ermәni xalqının inqilabi fәaliyyәtinә” (müstәsna olaraq, ermәnilәrin Osmanlı imperiyasından ayrılmasına vә milli müstәqillik әldә etmәsinә) hәsr olunmuşdu. “H.”-ın Bakı tәşkilatı 19 әsrin 90-cı illәrinin әvvәllәrindә X.S. Melik-Ağamiryan tәrәfindәn yaradılmış, sonradan onun başçısı H. Hovanesyan olmuşdur. 1902 ildә “H.”-ın Şuşada vә Gәncәdә dә şöbәlәri yaradılmışdı.
1903 ildә verilmiş çar fәrmanına әsasәn ermәni kilsә torpaqlarının çox hissәsi vә mülkiyyәti dövlәt xәzinәsinin xeyrinә müsadirә olundu. Bununla әlaqәdar ermәni katolikosu bütün çar sülalәsini lәnәtlәdi, eyni zamanda ruslar әleyhinә açıq-aşkar fәaliyyәtә başladı. “H.”-ın Bakı vә Yelizavetpol (G ә n c ә) quberniyalarındakı şöbәlәrinin fәaliyyәti güclәndi. “Hnçaqçılar ittifaqı” Bakıda yaydıqları vәrәqәdә ermәnilәri terror aktlarından istifadә yolu ilә hökumәtә müqavimәt göstәrmәyә çağırırdı. Qafqazın mülki işlәr üzrә baş rәisi gen. adyutant knyaz Qolitsın 1903 il oktyabrın 14-dә “H.”-çı Q.Hovanesyants tәrәfindәn hәyata keçirilәn sui-qәsd nәticәsindә ağır yaralandı vә bir qәdәr sonra istefa verdi. Eyni zamanda, Osmanlı dövlәti әrazisindә terror aktları hazırlamaq vә hökumәt әleyhinә çıxışlar tәşkil etmәk üçün “H.”-çılar varlı ermәnilәrdәn şantaj vә zor yolu ilә müntәzәm olaraq pul toplayırdılar. Onlar Qafqazda, xüsusilә Bakı sәnaye rayonunda fәal iş aparırdılar. Mübarizә metodlarına görә eserlәrә daha yaxın olmalarına baxmayaraq, 1904 ildәn sosial-demokratlarla, xüsusәn bolşeviklәrlә sıx әmәkdaşlığa başlamışdılar. Bu әmәkdaşlığın ilk tәzahürü “H.”-çıların Bakı fәhlәlәrinin 1904 il dekabr tәtillәrindә iştirakı oldu. Rusiya Sosial-Demokrat Fәhlә Partiyasının (RSDFP) Bakı komitәsinә “H.”-çıların yalnız bolşevik meyilli üzvlәri daxil oldular. Lakin, onlar da bir çox halda özlәrinin әnәnәvi terrorçuluq metodlarına sadiq qalır, RSDFPnin döyüşçü dәstәlәrinin yaradılmasında fәal iştirak edirdilәr. 1906 ildә O. Ovakimov sosial demokrat tәşkilatının iradәsinә rәğmәn “terrorçular qrupu” yaradaraq, varlılara müntәzәm basqınlar edirdi. Belә basqınların birindәn sonra RSDFP-nin Bakı komitәsinin qәrarı ilә qrup buraxıldı.
Kütlә içәrisindә nüfuz qazanmaq uğrunda “H.”-la “Daşnaksutyun” arasında hәmişә mübarizә getsә dә, istәr Cәnubi Qafqazda, istәrsә dә Türkiyәdә “müsәlman tәhlükәsi” yarandıqda, “H.”-çılar, bir qayda olaraq, “özünümüdafiә” mәqsәdilә daşnaklarla eyni cәbhәdә çıxış edirdilәr. Ermәnilәrin böyük ümid bәslәdiyi Gәnc türklәr inqilabı (1908) zamanı “H.” Türkiyә hökumәtinә daha loyal münasibәt göstәrmәyә başladı, hәtta partiyanın İstanbulda keçirilәn 5-ci qurultayında qәbul olunmuş proqramında parlament fәaliyyәtini vә tәbliğatı әsas mübarizә metodu elan etdi. 1910 ildә “H.” yenidәn iki fraksiyaya – liberal xәtt tәrәfdarı olan “Türkiyә ermәnilәrinin H. partiyası”na vә әnәnәvi ekstremist-terrorçu mübarizә yolunu seçmiş “Yenilәşmiş H.” fraksiyasına parçalandı. “Yenilәşmiş H.” 1913 ildә İstanbulda keçirilәn qurultayında Ermәnistanın muxtariyyәtini bir daha partiyanın başlıca mәqsәdi elan etdi vә onun hәyata keçirilmәsi üçün gizli mübarizә metodlarını müәyyәnlәşdirdi. Aramsız partiyadaxili parçalanmalar “H.”-çıların Cәnubi Qafqaz, o cümlәdәn Bakı ermәnilәri arasında nüfuzunu xeyli zәiflәtdi, onların bir hissәsi RSDF(b)P-yә qoşuldu, digәr qismi isә daha mütәşәkkil olan daşnakların tәrәfinә keçdi. “Yenilәşmiş H.” 1916 ildә yeni proqram qәbul etdi. Muxtariyyәt haqqında bütün tәlәblәr bu sәnәddәn çıxarıldı, Türkiyә Ermәnistanı Osmanlı dövlәtinin ayrılmaz tәrkib hissәsi sayıldı. Proqramda silahlı ermәni hәrbi birlәşmәlәri qadağan olunur vә göstәrilirdi ki, ermәnilәrin hamısı nizami qoşunlarda hәrbi xidmәt keçmәlidir. “H.” partiyası bunun әvәzindә ermәnilәrin 1915 ilә qәdәr yaşadıqları torpaqların qaytarılmasına vә dövlәtdәn müavinәt alınmasına ümid bәslәyirdi.
Rusiyada Fevral inqilabından (1917) sonra “H.”-çıların bir hissәsi martda Bakıda yaradılmış Ermәni milli şurasına daxil olaraq әvvәlcә AXC parlamentindә tәmsil olunmaqdan imtina etdi, parlamentә qatıldıqdan sonra isә AXC hökumәtinә qarşı pozuculuq işi apardı vә işğalçı sovet-bolşevik Rusiyasının mövqeyini dәstәklәdi. Çox keçmәdәn “H.”-ın Azәrb.-da fәaliyyә ti, demәk olar ki, dayandı.
“H.”-çılar 1970–80-ci illәrdә Livandakı vәtәndaş müharibәsindә fәal iştirak etmişlәr. Qarabağ müharibәsi zamanı “H.” partiyasının yaratdığı “Metsn Murad” silahlı dәstәsi Azәrb. silahlı qüvvәlәrinә qarşı vuruşmuşdur. Hazırda partiyanın Ermәnistan, Livan, Suriya, Misir, Küveyt, ABŞ, Fransa, Kipr, Kanada, Avstraliya, Argenti-na, Uruqvay vә İngiltәrәdә şöbәlәri fәaliyyәt göstәrir.










