Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HOBBS 
    HOBBS (Hobbes) Tomas (5.4.1588, Uiltşir qraflığı, Uestport – 4.12.1679, Derbişir qraflığı, Hardvik-Holl) – ingilis filosofu, cәmiyyәt vә dövlәt nәzәriyyәçisi. Kәnd keşişi ailәsindә anadan olmuşdur. Oksford Un-tindә tәhsil almışdır (1603–08). 1621–26 illәrdә F.Bekonla әmәkdaşlıq etmişdir. Fransa vә İtaliyaya sәyahәtlәr etmiş, Q.Qalileylә tanış olmuşdur (onun “Dünyanın iki sistemi – Ptolemey vә Kopernik sistemlәri haqqında dialoq” әsәri H.-a böyük tәsir göstәrmişdir). İngiltәrә inqilabının (1640) başlanğıcında royalist mühacirәt tәrkibindә Parisә getmiş vә orada 11 il yaşamışdır. Parisdә “Vәtәndaş haqqında” (“De cive”, 1642; lat. yazılmış “Fәlsәfәnin әsasları” әsәrinin 3-cü hissәsi) әsәrini çap etdirmiş, R.Dekartın “Metafizik düşüncәlәr”inә “Etirazlar”ı qәlәmә almışdır. 1651 ildә royalistlәrin gözlәmәdiyi halda Londona köçmüş, hәmin ildә O.Kromvelin razılığı ilә iri hәcmli “Leviafan, yaxud Kilsә vә vәtәndaş dövlәtinin materiya, forma vә hakimiyyәti” (“Leviathan: or, The matter, form and power of a commonwealth ecclesiastical and civil”) әsәrini nәşr etdirmişdir (Bibliya bәdheybәti Leviafan H.-da dövlәtin rәmzidir). Daha sonra “Cisim haqqında” (“De corpore”, 1655) vә “İnsan haqqında” (“De homine”, 1658) әsәrlәrini (“Fәlsәfәnin әsasları”nın 1-ci vә 2-ci hissәlәrini) çap etdirmişdir. Stüartlar monarxiyasının bәrpasından sonra (1660) H. royalistlәr vә kilsә xadimlәrinin tәqiblәrinә mәruz qalmış, onun siyasәt vә dinә hәsr olunmuş әsәrlәrinin çapına qadağa qoyulmuşdur. 1668 ildә H. Amsterdamda “Leviafan”ın lat. tәrcümәsini nәşr etdirmişdir. Hәyatının son illәrindә әdәbi fәaliyyәtlә mәşğul olmuş, Homerin “İliada” vә “Odisseya”sını ingilis dilinә tәrcümә etmişdir.
    H. 17 әsr empirizminin әsas nәzәriyyәçilәrindәn biridir. O, “intellektdә elә bir şey yoxdur ki, daha öncә hisslәrdә olmasın” köhnә sensualizm formulunu dәfәlәrlә vurğulamışdır. H. varlıq haqqında tәlimini aristotelsayağı “birinci fәlsәfә” (“metafizika” terminini sxolastik hesab edirdi), yaxud sadәcә fizika adlandırırdı. Son orta әsrlәr nominalizminin әnәnәlәrini davam etdirәn H.Dekart metafizikasının israrla vurğuladığıdığı materiya, ruh kimi universal qeyrihissi substansi yaları (әgәr sözlәr cisimlәrin işarәlә ridirsә, onda ümumi anlayışlar işarәlәrin işarәsi, “adların adı”dır) inkar edirdi. Varlıq ilk növbәdә gündәlik tәcrübәdә hisslәrlә dәrk olunan ayrı-ayrı cisimlәrdәn ibarәtdir. Cisim ondan ayrılmaz olan aksidensiyalara, yaxud xassәyә – ölçüyә vә xarici fiqura malikdir. Mәkan sonlu cismin hәmişә konkret ölçüsüdür. Hәrәkәt vә sükunәt bütün cisimlәrә xas olmayan aksidensiyalardır, çünki onlardan bәzilәri hәrәkәt edir, bәzilәri isә sükunәtdәdir. Cisimlә daha az bağlı olan aksidensiyalar yaranması vә yox olması cisimdәn deyil, onu qavrayan subyektdәn asılı olan lamisә, eşitmә, rәngbilmә vә s. keyfiyyәtlәrdir.
    Mәqsәdli vә formal sәbәblәr anlayışını inkar edәn H. yalnız tәcrübәdә tәsbit olunan maddi vә fәaliyyәtdә olan “әn yaxın sәbәblәr”i tanıyırdı. Fәaliyyәtdә olan sәbәb aktiv cisim, maddi olan sәbәb tәsirә mәruz qalan cisimdir. Tәfәkkür, H.-a görә, insanın nitq fәaliyyәtidir. Hissi qavrayışlar tәcrübәnin birinci tәbәqәsini – әn bәsit biliklәri (cognitio), sözlü ünsiyyәt isә H.- un elm adlandırdığı ikinci tәbәqәni tәşkil edir. H.-un işlәyib hazırladığı işarәli dil nәzәriyyәsindә adların yaranması insanlar arasında ixtiyari razılığın nәticәsi kimi nәzәrdәn keçirilir.
    Əgәr fizika tәbiәtdәki cisimlәri öyrәnirsә, әxlaq, yaxud vәtәndaş fәlsәfәsi deduktiv-sintetik metoddan istifadә etmәklә insanın yaratdığı, әn mühümü dövlәt olan “süni cisimlәr”i tәdqiq edir. Dövlәti dәrk etmәk üçün әvvәlcә insanı, onun tәbiәtini, qabiliyyәt vә istәklәrini tәdqiq etmәk zәruridir. Siyasәt fәlsәfәsindәn öncә gәlәn әxlaq fәlsәfәsi mәhz bunu öyrәnir. H. insanın eqoist tәbiәtini güclü şәkildә vurğulayır, onun hәm özünüqoruma sәyi ilә, hәm dә sivilizasiya şәraitindә dәrinlәşәn, mürәkkәblәşәn vә әn tәkzibolunmaz hәndәsi hәqiqәtlәri belә şübhә altına almağa qadir olan müxtәlif maraqlarla müәyyәnlәşdiyini göstәrirdi.
    H.-un inkişaf etdirdiyi insanın naturalist anlamı onun dövlәtin mәnşәyi vә mahiyyәti haqqında konsepsiyasının әsasını tәşkil edir. İnsan cәmiyyәti başlanğıcda tәbii vәziyyәt mәrhәlәsini keçir, bu dövrdә insanlar әsasәn yalnız öz hissi istәklәrinә tabe olur vә tәbii hüquqa әmәl edirlәr. Birinin maraqları vә hüququ digәrinin analoji hüququ ilә toqquşduğuna görә, cәmiyyәtdә insanları qırılmaqla hәdәlәyәn “hamının hamı ilә müharibәsi” hökmranlıq edir.
    Belә vәziyyәtdәn çıxış imkanı insanın şüurluluğunda, tәbii hüquqlarda, әxlaqi mәqsәdәuyğunluq qaydalarındadır. Bütün bunlar qәdim “qızıl qayda”da (İncildә dә әksini tapmışdır) cәmlәnmişdir: insanların sәninlә necә rәftar etmәsini istәyirsәnsә, sәn dә onlarla elә rәftar et. Eqoizmi mәhdudlaşdıran bu qayda insanları ictimai müqavilә bağlamağa sövq edir vә nәticәdә dövlәt yaranır. Nitq ünsiyyәti kimi misilsiz qabiliyyәtә malik olan müqavilә iştirakçıları onun sayәsindә vәtәndaşlıq vәziyyәtinә daxil olur, özlәrinin tәbii hüquqlarının әhәmiyyәtli hissәsini dövlәtin ali rәhbәrinin vә onun tabeçiliyindәki qulluqçuların xeyrinә özgәninkilәşdirәrәk, onlardan imtina edirlәr. Belәliklә, dövlәtçilik sivilizasiyanın başlıca әxlaqi tәrbiyәedici faktoruna çevrilir. Hüquq vә әxlaq yaxınlaşır, onlar arasında fәrq yalnız onda saxlanır ki, mülki qanunlar yazılı olan, tәbii qanunlar isә yazılı olmayandır. Ali dövlәt hakimiyyәti mütlәqdir, onun daşıyıcısı (kral olması mühüm deyil) hakimiyyәti heç kimlә bölüşmür. Lakin onun hәrәkәtlәri özbaşınalıq deyil, çünki suveren özü qanunlara “öz itaәtindә olan sonuncu adam kimi tabedir”. Vәtәndaşlar tәbii hüquqların bir çoxunu (yaşamaq, elәcә dә iqtisadi vә ailә münasibәtlәri, tәrbiyә vә s. zәmanәti) özlәrindә saxlayırlar vә bu çәrçivәdә azaddırlar.
    H. dini kütlәlәrin zәruri ruhani qidası hesab etsә dә, onun mövhumatla qarışdığı fikrindә idi. H. ardıcıl antiklerikal mövqelәrdә duraraq, kilsә institutlarının dünyәvi dövlәt hakimiyyәtinә tabe olması fikrini qәti şәkildә müdafiә edirdi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 