Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÓFMAN (Hoffmann) Ernst Teodor Amadey
    HÓFMAN (Hoffmann) Ernst Teodor Amadey (әsl adı Ernst Teodor Vilhelm) (24.1.1776, Köniqsberq – 25.6.1822, Berlin) – alman yazıçısı, bәstәkar, dirijor, rәssam. Köniqsberq un-tindә hüquq elmini öyrәnmişdir (1792–95); 1796 ildәn Qloqau, Poznan, Plotsk vә Varşavada hüquq sahәsindә çalışmışdır. 1807–08 illәrdә Berlindә özәl musiqi dәrslәri vermişdır; 1808–13 illәrdә Bamberq, Leypsiq, Drezden teatrlarında dirijor, rej. Vә sәhnәqraf işlәmişdir. 1814 ildә Berlinә qayıtmış vә ömrünün sonunadәk Ədliyyә Nazirliyindә mәmur olmuşdur. İlk novella vә oçerklәri Leypsiqin “Ümumi musiqi qәzeti”ndә (“Allgemeine musikalische Zeitung”, 1809) çap olunmuş, sonralar “Kallo tәrzindә fantaziyalar” toplusuna daxil edilmişdir. Alman әdәbiyyatında romantizmin görkәmli nümayәndәsi olan H. nagıl, novella, povest vә romanlarında adi gerçәklik fonunda insanı idarә edәn sirli qüvvәlәrin gizlәndiyi iki planlı bәdii dünya yaratmışdır: “Kavaler Qlyuk” (1809), “Qızıl bardaq” (1814) novellaları, “Şelkunçik vә Siçanlar kralı” nağılı (1816), “Şahzadә xanım Brambilla” povesti (1821) vә s. “Şeytan iksiri” (1815–16) “Pişik Murrun mәişәt düşüncәlәri…..” (1819–21) romanlarının, “Gecә hekayәlәri” (1817) novellalar silsilәsinin (әn mәşhuru “Qum adam”, 1817) “Çәllәkçi usta Martin vә onun kömәkçilәri” (1819), “Usta İohann Vaxt”, “Künc pәncәrә” (hәr ikisi 1822) novellalarının, “Sinnoberlә qәbli balaca Saxes” (1819) povest-nağılının, satirik “Birәlәr padşahı” roman-nağılının (1822) müәllifidir. H. 19–20 әsrlәrin әn böyük yazıçıları E.Po, O. de Balzak, Ç.Dikkens, Ş.Bodler,O.Uayld, F.Kafka, N.V.Qoqol, F.M.Dostoyevski vә b.-nın yaradıcılığına tәsir göstәrmişdir.
    K.Brentanonun mәtni üzrә H.-nın “Şәn musiqiçilәr” zinqşpili (1804), “Undina” ilk alman operası (1813, tamaşası 1816 ildә), simfoniyaları, kamera-instrumental vә xor musiqisi var; musiqi-estetik baxışlarının K.M. fon Veber, R.Şuman vә R.Vaqnerin yaradıcılığına tәsiri olmuşdur. İ.S.Bax, L.van Bethoven vә b.-nın yaradıcılığını romantik üslubda şәrh edәn mәqalәlәrlә musiqi tәnqidçisi kimi (İohann Kreysler, kapelmeyster lәqәbi ilә) çıxış etmişdir. Şumanın fp. üçün “Kreysleriana” fantaziyalarında, J.Offenbaxın “Hofmanın nağılları”, P.Hindemitin “Kardilyak” operalarında, L.Delibin “Koppeliya”, P.İ.Çaykovskinin “Şelkunçik” baletlәrindә vә s. H. әsәrlәrinin obrazları öz әksini tapmışdır. Rәssam kimi Köniqsberq, Qloqau, Varşava, Bamberq, Berlin şәhәrlәrindә dekorativ divar rәsmlәri yaratmış, portretlәr vә karikaturalar çәkmişdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 