Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÓFMAN (Hoffman) Yozef Frans Mariya 
    HÓFMAN (Hoffman) Yozef Frans Mariya (15.12.1870, Çexiya, Pirnits, indiki Brtnitse – 7.5.1956, Vyana) – Avstriya memarı vә tәtbiqi sәnәt ustası. İnşaat işini Brünnedәki (Brno) peşә mәktәbindә (1887–91) öyrәnmişdir. Vyana Rәssamlıq Akademiyasında K.Hazenaur (1892–94) vә O.Vaqnerdәn (1894–95) dәrs almışdır. İtaliya Rәssamlıq Akademiyasının tәqaüdçüsü (1895–96) olmuşdur. Vyanaya qayıtdıqdan sonra, 1898 ildәn şәhәrәtrafı evlәrin, yaşayış vә ictimai binaların (Vyananın şәhәrәtrafı qәsәbәsindә rәssamların villaları, 1900–03) interyerlәrinin layihәlәndirilmәsi ilә mәşğul olmuşdur. 1897 ildә Vyana Sesessionunun hәm tәsisçisi olan H. birliyin, demәk olar ki, bütün sәrgilәrinin (1905 ilәdәk) tәrtibatını vermiş, hәmçinin Romada keçirilәn Ümum dünya sәrgisindәki Avstriya pavilyonlarının (1911), Parisdә keçirilәn Beynәlxalq müasir dekorativ vә sәnaye incәsәnәti sәrgisinin (1925), Venesiya biyennalesinin (1934) vә s. sәrgi qurğuları vә ekspozisiyalarının memarı olmuşdur.
    Ç.R.Makintoş vә “İncәsәnәt vә sәnәtkarlıq” hәrәkatının tәsiri altında H. yalnız memar kimi deyil, hәmdә müxtәlif әşyaların (mebellәr, qablar, yemәk dәstlәri, parçalar, zәrgәrlik bәzәklәri vә s.) müәllifi kimi işlәmiş vә 1903 ildә K.Mozer ilә birlik dә “Vyana emalatxanaları” bәdii istehsalat birliyinin әsasını qoymuşdur (1931 ilәdәk başçılıq etmişdir). Purkersdorfda sanatoriya (1903–05), Brüsseldә Stokle sarayı (1905–11; Ümumdünya irsi siyahısına salınmışdır), “Yarasa” Vyana kabaresinin interyeri (1909) H. yaradıcılığının vә bütünlükdә Vyana moderninin әsas mahiyyәtini tәşkil etmişdir. 1900-cü illәrin H. layihәlәri üçün lakonizm vә sadә hәndәsi üslub sәciyyәvi olmuşdur. Skiva – Primavezi (1913–15) Vyana villasının fasad vә interyerlәrinin hәllindә H. hәndәsi moderndәn uzaqlaşaraq, sonralar ardeko üslubuna xas olan sadәlәşdirilmiş klassika vә dekorativ monumentallığa meyil etmişdir. H.-ın işlәri arasında Vyana bәlәdiyyәsinin sifarişi ilә inşa edilmiş “Kloze-Hof” (1924–25), “Vinarski-Hof” (1924–26, P.Berens, A.Loz vә b. ilә birgә) yaşayış komplekslәri, Verkbund qәsәbәsindәki 4 ev (1930–32; hamısı Vyanadadır) vә s. var. Vyana İncәsәnәt vә sәnәtkarlıq mәktәbinin prof.-u olmuşdur (1899–1936). Fәxri legion ordeninә layiq görülmüşdür (1926).
    Stolle sarayı. Brüssel. Memar Y.Hofman.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 