Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HOKUSÁY 
    HOKUSÁY Kasusika [әsl adı vә soyadı Tokitaro (sonralar Tesudzo) Kavamura; müxtәlif tәxәllüslәri olmuşdur] (1760, Edo yaxınlığında, Hondzö Variqesuy – 1849, Obuse) – yapon qrafiki vә boyakarı. Ukiyö-e janrının әn görkәmli nümayәndәlәrindәn biridir. 30 mindәn artıq rәsm, boyakarlıq әsәri, dәzgah qravürası vә illüstrasiyası mәlumdur. 13 yaşından qravüraçı Nakayama Tesudzodan dәrs almış, hәmçinin ksiloqrafiya texnikasını da mәnimsәmişdir. 1778–92 illәrdә teatr rәssamı Kasukava Sünsönun emalatxanasına daxil olmuş vә Kasukava Sünro adını qәbul etmişdir. Burada onun kabuki teatrının aktyorları vә sumo gülәşçilәrinin tәsviri olan ilk müstәqil qravüraları yaranmışdır. 1781 ildәn kitab illüstratoru, dәzgah qravürası ustası vә rәssam kimi çalışmışdır. 1798–1805 illәrdә qadın portretlәri seriyalarını, hәmçinin “İtako mahnıları”, “Qırx yeddi sadiq vassalın әhvalatı” kitablarına rәngli illüstrasiyalarını nәşr etdirmişdir. Bunların ardınca “Şәrq paytaxtının sәkkiz görüntüsü”, “Ominin sәkkiz görüntüsü”, “Sumida çayının görüntülәri” adlı peyzaj qravüraları seriyasını yaratmışdır. 1797 ildәn әsәrlәrini Hokusay tәxәllüsü ilә imzalamış, 1800 ildәn isә özünü Qakyödzin Hokusay (“rәsm dәlisi Hokusay”) adlandırmışdır. 1810 ildә gәnc rәssamlar üçün dәrs vәsaiti kimi nәzәrdә tutulmuş “Manqa” albomlar seriyası üzәrindә işlәmәyә başlamışdır. 1820–30-cu illәr H. yaradıcılığının çiçәklәnmә dövrü olmuşdur. Bu illәrdә ölkәni sәyahәt etmiş vә Yaponiyaya hәsr olunmuş peyzaj qravüraları seriyasını (“Fudzi dağının 36 mәnzәrәsi”, 1823–31; “Müxtәlif әyalәtlәrin mәşhur şәlalәrinә sәyahәt”, 1827–33; “Fudzi dağının 100 mәnzәrәsi”, 1834–35 vә s.) işlәmişdir. 1834 ildәn didaktik xarakterli illüstrasiyalı albomlar nәşr etdirmiş, hәmçinin kağız vә ipәk üzәrindә şәkillәr çәkmişdir. 1848 ildә “Boyalardan düzgün istifadә” kitabını çap etdirmişdir. Bütün әmlakını mәhv edәn yanğından (1839) sonra H. sәrgәrdan hәyat keçirmiş, 1841 ildә mәşhur mesenat Takai Kodzananın dәvәtilә onun Obusedәki malikanәsinә gәlmiş vә ömrünün sonunadәk orada yaşamışdır. H.-ın çox sayda rәsm vә boyakarlıq әsәrlәri Obusedәn Avropa vә Amerika muzeylәrinә aparılmışdır. H. Avropa ölkәlәrindә tanınan ilk yapon sәnәtkarı olmuşdur.
    Hokusay Kasusika. “Kau әyalәtindә dağ aşırımı”. 1830.
    “Fudzi dağının 36 mәnzәrәsi” seriyasından.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 