Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÓQART 
    HÓQART (Hogarth) Uilyam (10.11.1697, London – 26.10.1764, London) – ingilis boyakarı, qrafik vә incәsәnәt nәzәriyyәçisi. Qravüraçı E.Geymbldan dәrs almışdır (1713 ildәn); Londonda C.Tornhill akademiyasında (1724 ildәn) oxumuşdur. 1720 ildәn Londonda müstәqil işlәmәyә başlamışdır. 1743, 1748 illәrdә Fransada olmuşdur. Londonda Müq. Martin döngәsindәki akademiyanın tәşkilatçısı vә başçısı (1735 ildәn), kral II Georqun baş rәssamı (1757 ildәn) idi. 1727 ilә qәdәr yalnız qravüraçı kimi işlәmişdir. Yaradıcılığına Maarifçilik ideyaları, üslubuna A.Vatto, K.Jillo vә erkәn fransız rokokosu tәsir göstәrmişdir. Artıq ayrı-ayrı erkәn qravüra vәrәqlәri vә kitab illüstrasiyalarında H.-ın qeyri-adi satirik istedadı vә texniki ustalığı özünü büruzә verirdi (“Cәnub dәnizinin qovuqcuqları”, 1721; “Maskaradlar vә operalar”, 1724; S.Batlerin “Qudibras” әsәrinә illüstrasiyalar, nәşri 1726). Teatra böyük hәvәsi, tamaşalara marağı vә inandırıcı hekayәtçilik bacarığı H.-ın ilk rәngkarlıq əsərlәrindә (“Yoxsulun operası”, 1729, Teyt qalereyası, London vә s.) meydanadı. Hekayәni yalnız bir tәsvirlә deyil, rәngkarlıq vә qravüra texnikasında seriya әsәrlәrlә satirik formada әks etdirmәsi [seriyalar: “Fahişәnin karyerası” (6 tablo, 1730–31, qalmamışdır, 1732 ildә qravüra edilmişdir), “Bәdxәrcin karyerası” (8 tablo, 1733, Con Soun muzeyi, London; 1735 ildә qravüra edilmişdir), “Dәbdә olan nikah” (6 tablo, 1743–45, Milli qalereya, London; 1745 ildә qravüra edilmişdir), “Parlamentә seçkilәr” (4 tablo, 1753–54, Con Soun muzeyi vә s.)] H.-a şöhrәt qazandırmışdı.
    H. hәmçinin İngiltәrә üçün әnәnәvi olan portret janrında da işlәmişdir (“S.Bekingem vә M.Koksun nikahı”, 1729, Metropolitenmuzey, Nyu-York; “Stround ailәsi”, tәqr. 1738, Teyt qalereyası vә s.). “Gözәlliyin tәhlili” (1753) nәzәri traktatında H. tәbiәtin incәsәnәtdәn üstün olması ideyasını müdafiә etmiş, diferensial formalardan istifadәyә üstünlük vermişdir. H. milli rәngkarlıq mәktәbinin banisi kimi tanınmışdır; onun ideyaları, әsәrlәri 18 әsr ingilis vә Avropa mәdәniyyәti vә incәsәnәtinә әhәmiyyәtli dәrәcәdә tәsir göstәrmişdir (B. Britaniyada L.Stern, T.Geynsboro, Almaniyada Q.E.Lessinq, G.K.Lixtenberq vә b.).
    Hoqart Uilyam. “Nikah müqavilәsi”. 1743–45. “Dәbdә olan nikah” seriyasından. Milli qalereya (London).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 