Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÓLBÉYN (Holbein) 
    HÓLBÉYN (Holbein) – İntibah dövründә yaşamış alman boyakarları vә qrafiklәri ailәsi. B ö y ü k H a n s (tәqr. 1460/65, Auqsburq – 1524/34, Fransa, Elzas, Gebviller yaxınlığında) – M. Şonqauerdәn dәrs aldığı ehtimal olunur. Auqsburq (1494 ildәn), Frankfurt Mayn (1500–01), Elzas (1509 ildәn) vә İzenheymdә (1516 ildәn) işlәmişdir. Erkәn yaradıcılığına Niderland rәngkarlığının, xüsusilә Rogir vander Veydenin tәsiri olmuşdur (Kayshaymda dominikçilәr monastırının mehrabı, 1502, Köhnә pinakoteka, Münxen). Tәqr. 1515 ildә әsәrlәrindә italyan incәsәnәtinin tәsiri özünü büruzә verir (“Müq. Sebastyan mehrabı”, 1515–16, Köhnә pinakoteka, Münxen). Qrafika vә boyakarlıq portretlәrinin müәllifidir (rәssamın oğulları Ambrozius vә Hansın potretlәri, 1511, gümüş çivi, Qravüra kabineti, Berlin). Kiçik qardaşı Ziqmund (tәqr. 1470–1540, Bern), L.Bek (1503 ilәdәk), onun şagirdlәri olmuş oğulları Ambrozius vә kiçik Hansın daxil olduğu böyük emalatxanaya rәhbәrlik etmişdir. Alman incәsәnәtinә, o cümlәdәn M.Qrünevald, H.Burqkmayr, Y. vә M.Şaffnerin yaradıcılığına tәsir göstәrmişdir.
    Holbeyn Hans (Böyük). “Müqәddәs Sebastyan mehrabı”. 1515–16. Köhnә pinakoteka, Münxen.
    A m b r o z i u s (tәqr. 1494, Auqsburq – 1519 ildәn sonra) – Böyük Hansın oğlu. 1515 ildә rәssam T.Şmidin kömәkçisi olmuş, Ştayn-am Rayndakı (İsveçrә) Müq. Georgi monastırının interyerlәrinin naxış vә şәkillәrini işlәmişdir. 1515 ildәn Bazeldә yaşamışdır. Qardaşı Hansla birlikdә işlәmişdir (o cümlәdәn İ.Frobenin nәşriyyatında; T.Morun “Utopiya” әsәrinә ayrı-ayrı illüstrasiyalar çәkmişdir, 1518). Bazeldә Müq. Luka gildiyasının üzvü olmuşdur (1517 ildәn). “Piyalә duası” (tәqr. 1515), “Sarışın saçlı oğlanın portreti” (tәqr. 1516; hәr iki tablo Bazel Rәssamlıq Muzeyindәdir) dәzgah әsәrlәri mәlumdur.
    Holbeyn Ambrozius. “Sarışın saçlı oğlanın portreti”. Tәqr. 1516. Bazel Rәssamlıq Muzeyi.
    K i ç i k H a n s (1497/98, Auqsburq – 1543, London) – Böyük Hansın oğlu, alman vә ingilis Renessansının aparıcı sәnәtkarlarından biri. 16 әsr alman incәsәnәtindә xüsusi yer tutmuş, yaradıcılıq axtarışları vә dünyagörüşünә görә digәr sәnәtkarlardan fәrqli olaraq, İtaliya mәdәniyyәtinin әsaslarını daha yaxşı mәnimsәmişdir. Rәssam 1515–26 illәrdә, әsasәn, 16 әsr Avropa humanist mәrkәzlәrindәn biri olan Bazeldә işlәmişdir. Lombardiyada olmuş (1518–19), Leonardo da Vinçinin әsәrlәrindәn vә Şimali İtaliya memarlığından ruhlanmışdır; Cәnubi Fransada (1523–24) fransız karandaş portreti texnikası ilә tanış olmuşdur. İncәsәnәtin müxtәlif növlәrindә işlәmişdir. Qardaşı Ambroziusla birgә Rotterdamlı Erazmın “Sәfehliyin tәrifi” kitabına illüstrasiyalar çәkmişdir. Monumental divar rәsmlәri işlәmişdir. Kitab illüstratoru kimi dә çalışmışdır [әsasәn, titul vәrәqlәri (“Herkules vә Orfey”, 1523) vә әlifbalar]. “Ölüm rәqsi” silsilәsinә (1524–26; ksiloqrafiya) rәsmlәr seriyası yaratmışdır. Portretlәri mәşhurdur: B. fon Hertenşteynin (1517, Metropoliten-muzey, Nyu-York), B.Amerbaxın (1519, Rәssamlıq muzeyi, Bazel), Rotterdamlı Erazmın (1523–24, Luvr, Paris), astronom N.Kratserin (1528, Luvr), G.Gissenin (1532, Dövlәt muzeyi, Berlin) vә b.-nın. Rәssam hәmçinin saray bayramlarının bәdii tәrtibatı ilә mәşğul olmuş vә kilsә sifarişlәrini yerinә yetirmişdir. Kral VIII Henrixin saray rәssamı olmuşdur (1536 ildәn). Londonda zәrgәrlәr vә qızıl ustaları üçün nümunәlәr çәkmişdir. Yaradıcılığı 16 әsr alman incәsәnәtinә tәsir göstәrmiş (B.Breyn Böyük, K.Amberger) vә 16–18 әsrlәr İngiltәrә tәsviri sәnәtininin kişafını müәyyәn etmişdir.
    Bir sıra әsәrindә Şәrq, o cümlәdәn müxtәlif çeşidli Azәrb. xalçalarının tәsvirini vermişdir.
    Holbeyn Hans (Kiçik). “Rotterdamlı Erazmın portreti”. 1523–24. Luvr (Paris).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 