Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HOLİZM 
    HOLİZM (yun. ολος bütöv, tam, bütün) – geniş mәnada predmetә hәrtәrәfli yanaşma tәrzi vә hәr cür birtәrәfli yanaşmanın tәnqidi, darmәnada isә “tam, onun hissәlәrinin cәmindәn daha çoxdur” formulunda ifadә olunan vә tamlıq prinsipinә әsaslanan istәnilәn tәlim. Əsasını Heraklit, B.Spinoza, Q.V.Leybnits vә G.V.F.Hegelin fәlsәfәsindәn götürәn H. ideyaları biologiyada inqilab sayәsindә yeni impuls qazanmışdır. “H.” terminini ilk dәfә Y.Smets “Holizm vә tәkamül” (“Holism and evolution”, 1926) kitabında işlәtmişdir. Bioloji vitalizm vә nisbiliyin xüsusi nәzәriyyәsinә әsaslanan Smets tamı özündә obyektivlik vә subyektivliyi, maddi vә ideal olanı sintez edәn mühüm fәlsәfi anlayış kimi şәrh edirdi. Üzvi tamlığın ali forması insan şәxsiyyәtidir. Smetsә görә, tamlıq mövcudatın digәr aspektindәn – elmin predmeti olan mexaniki strukturluluqdan fәrqli olaraq, üzvi dünya substansiyası kimi bölünmәz vә dәrkedilmәzdir. H. xüsusilә A.Berqsonun “yaradıcılıq tәkamülü” vә A.N.Uaythedin “proses fәlsәfәsi” ideyalarını mәnimsәmiş bir sıra inkişaf konsepsiyaları üçün sәciyyәvidir. H. reallığın tәsvirindә hәm mexanisizmә, hәm dә antropomorfizmә qarşı durur. Ontoloji H. tamlıqların ayrı-ayrı fenomenlәrdәn üstünlüyünü vurğulayır, metodoloji H. ayrı-ayrı fenomenlәri onların tamlıqlara münasibәti vasitәsilә izah edir.
    H. ideyalarını C.S.Holdeyn (“The philosophical basis of biology”, 1931), A.Meyer-Abix (“Ideen und Ideale der biologischen Erkenntnis”, 1934; “Hauptgedanken des Holismus”, 1939–41) vә b. İnkişaf etdirmişlәr. Geştaltpsixologiya; sistemli yanaşma; sinergetika vә mürәkkәblik nәzәriyyәsi (xaos, emercentlik, antireduksionizm, avtopoezis, özünütәşkil anlayışları daxil olmaqla); fiziki ontologiyanın (ABŞ fiziki D.Bom, 1917–92); E.Husserlin fenomenologiyası; linqvistika vә dil fәlsәfәsi (Q.Fregenin semantik holizmi); şüur fәlsәfәsi (mental vә ziyyәtlәr H.-i); elmin müasir fәlsәfәsi (elmi fәrziyyәlәrin tәkzibinin vә ya tәsdiqinin ayrı-ayrılıqda deyil, yalnız ümumi nәzәriyyә çәrçivәsindә mümkünlüyü haqqında P.Düem–U.Kuayn tezisi; nәzәriyyәlәrin müqayisәedilmәzliyi haqqında T.Kun–P.Feyerabend tezisi); H.-in metodoloji fәrdiyyәtçiliyә qarşı çıxdığı sosial fәlsәfә (E.Dürkheymdәn N.Lumanın sosial funksionalizminәdәk) kimi әn müxtәlif tәlimlәrin bir sıra fundamental müddәaları H. prinsipinә әsaslanır. Müasir H.tәdricәn ekologiya, tibb, neyroelm, memarlıq, iqtisadiyyat, antropologiya vә teologiyada daxil olmaqla bütün bilik sahәlәrinә şamil edilir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 