HOLL (Hall) Ceyms (12.9.1811, Hingem ştatı, Massaçusets – 7.8.1898, Nyu-Hempşir ştatı, Betlehem) – Amerika geoloqu vә paleontoloqu. Peterburq EA-nın fәxri üzvü (1895). Troy ş.-n dә Politexnik Mәktәbini bitirmişdir (1832); prof. (1836). 1836 ildәn Nyu-York ştatı Geol. Xidmәtinin әmәkdaşı, 1843 ildәn isә rәhbәri olmuşdur. ABŞ vә Kanadanın bir sıra rayonlarının geol. quruluşunu öyrәnmişdir. ABŞ-ın şm.-ş. Hissәsi üçün Silur vә Devonun stratiqrafik sxemini tәrtib etmişdir. İlk dәfә (1859) qırışıq dağların keçmişdә uzunmüddәtli çökmәyә mәruz qalmış vә eyni zamanda qalın çöküntü qatlarının toplandığı rayonlarla әlaqәdar olması fikrini söylәmişdir. Sonralar bu fikrin әsasında müasir geologiyanın әsas tәlimlәrindәn biri – geosinklinallar haqqında tәlim işlәnib hazırlanmışdır. H.-un bir sıra işlәri metamorfizm probleminә hәsr olunmuşdur.










