HOLLÁNDİYA QARAMALI – südlük qaramal cinsi. Hollandiyada yetişdirilmişdir, 13 әsrdәn mәlumdur. 3 regional tipi var: friz (qara-ala), Qroningen (qara vә ya ağbaşlı qırmızı) vә Maas-Reyn-İzel (qırmızı-ala); әn sağmal olduğu üçün friz qaramalı daha geniş yayılmışdır.18 әsrdәn onu mövcud cinslәrin yaxşılaşdırılması vә yeni cinslәrin yaradılması üçün bütün qitәlәrin ölkәlәrinә aparmışlar: Holşteyn, Britaniya-friz, ost-friz, İsveç qara-ala vә s; Azәrb.-da qara-ala, Bestujev, Tagil, Xolmoqor vә s. cinslәri yetişdirilir. Cidov hünd. inәklәrdә 130–132 sm, bu ğalarda 150–155 sm-dir. Diri kütlәsi müvafiq olaraq 550–600 kq vә 860–900 kq-dır. Standart sağımı 305 gün, laktasiya dövrü üçün 3600 kq olur.

Hollandiya qaramalı.










