Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HOLLÁNDİYA MÜHARİBƏSİ (1672–78)
    HOLLÁNDİYA MÜHARİBƏSİ (1672–78) – Fransanın İngiltәrә vә İsveçlә ittifaqda Birlәşmiş әyalәtlәr resp.-na (Niderland), 1673–74 illәrdәn isә Birlәşmiş әyalәtlәrin, Müqәddәs Roma imperiyası imperatorunun, imperiya knyazlarının çox hissәsinin, o cümlәdәn Brandenburq kurfürstünün, İspaniya vә Danimarkanın daxil olduğu koalisiyaya qarşı müharibәsi. Devolyusiya müharibәsinin (1667–68) nәticәlәrindәn narazı qalan Fransa tәrәfindәn Cәnubi Niderlandda İspaniyaya mәxsus әrazilәri tutmaq vә Avropada Fransanın hegemonluğunu möhkәmlәndirmәk mәqsәdilә başlanılmışdı. Müharibәnin ilk aylarında A.Türenn vә II Lui de Burbon Kondenin başçılıq etdiyi Fransa qoşunları Niderlandın 4 әyalәtini, bir sıra qalasını әlә keçirәrәk Amsterdama yaxınlaşdılar. 1672 ilin avqustunda Niderland ordusuna komandanlıq III Vilhelmә (O r a n l ı V i l h e l m ә) keçdi. Fransa qoşunlarının irәlilәmәsinin qarşısını almaq mәqsәdilә o, bәndlәrin şlüzlәrini açmağı vә ölkәnin bir hissәsinin su altında qalması üçün göstәriş verdi. Niderland donanması İngiltәrә-Fransa birlәşmiş donanmasını bir neçә dәfә mәğlubiyyәtә uğratdıqdan sonra İngiltәrә Fransa ilә ittifaqı pozdu vә Birlәşmiş әyalәtlәrlә separat Vestminster sülh müqavilәsini (1674, 19 fevral) imzalayaraq müharibәdәn çıxdı [bax İngiltәrә-Hollandiya müharibәlәri (17–18 әsrlәr)]. Fransa qoşunlarının Reyn yaxınlığındakı mәğlubiyyәti vә Brandenburq qoşunlarının Pomeraniyada isveçlilәr üzәrindә qәlәbәlәri, hәmçinin Fransada başlanan xalq üsyanları Fransa kralı XIV Lüdoviki Nimvegen sülh müqavilәlәrini (1678–79) imzalamağa mәcbur etdi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 