Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HOLLÁNDİYA-İSPÁNİYA MÜHARİBƏLƏRİ (16–17 әsrlәr) 
    HOLLÁNDİYA-İSPÁNİYA MÜHARİBƏLƏRİ (16–17 әsrlәr) – İspaniya ağalığına son qoymaq mәqsәdilә Birlәşmiş әyalәtlәr resp.-nın (Niderland) apardığı müharibәlәr. H.-İ.m.-nin ilk dövründәki (1572–1609) hadisәlәr Niderland inqilabının (16 әsr) tәrkib hissәsi idi. Niderlandın şm.-ında baş vermiş ümumi üsyan (1572) ispanların, demәk olar ki, bütün şimal әyalәtlәrindәn qovulması ilә nәticәlәndi. Bunun ardınca üsyançılar tәrәfindәn ispan ordusunun hücumunun qarşısı alındı [Harlemin (1572–73), Leydenin (1573–74), Zirik zenin (1576) müdafiәsi]. 1578 ildә Niderlandın yalnız cәnub әyalәtlәri (Valloniya) İspaniya ordusunun nәzarәtindә idi. Üsyançılar arasındakı ixtilaflar ispan ordusuna yenidәn hücuma keçmәyә şәrait yaratdı. Flandriyada vә Brabantda zadәganlar ispanları dәstәklәdi, Amsterdamda qısa müddәt (1578) onların tәrәfinә keçdi. 1585 ildә Niderlandın cәnub әyalәtlәrindә inqilab mәğlubiyyәtә uğradı. Hәrbi әmәliyyatlar Niderlandın şm.-ında yaradılmış Birlәşmiş әyalәtlәr resp.-nın әrazisindә gedirdi. 1585–1609 illәrdә Birlәşmiş әyalәtlәr İspaniya ilә müharibәni Fransa (1598 ilәdәk) vә İngiltәrә ilә ittifaqda aparırdı. 1586 ildә respublika bir neçә qalasını (Venlo, Neys vә s.), Frislandiya, Geldern, Overeyssel vә Drentedә әrazilәrini itirdi. 1590 ildә Niderland ordusuna rәhbәrlik Nassaulu Morisә hәvalә edildi. Onun komandanlığı altında ispanlar tәrәfindәn tutulmuş torpaqlar geri alındı, respublika ordusu Cәnubi Niderland әrazisinә daxil oldu. İspanlar üzәrindә qurudakı uğurlar, İngiltәrә vә Niderland donanmalarının dәnizdәki qәlәbәlәri [Cәbәlüttariq yaxınlığındakı vuruşmada (1607) İspaniya donanmasının darmadağın edilmәsi] Birlәşmiş әyalәtlәrin tәqilliyini möhkәmlәndirdi. Cәnubi Niderlandın ağır iqtisadi vәziyyәti, ordunun zәiflәmәsi vә müharibәnin davam etdirilmәsi üçün maliyyә çatışmazlığı İspaniya hökumәtini 1609 il aprelin 9-da Antverpendә “Onikiillik barışığın” (1609–21) imzalanması ilә nәticәlәnәn sülh danışıqlarına başlamağa vadar etdi. Onun müddәti bitdikdәn sonra, hәrbi әmәliyyatlar faktiki olaraq Otuzillik müharibәnin (1618–48) tәrkib hissәsi kimi yenidәn başladı. İspanlar Niderlandın bir sıra mühüm qalasını, o cümlәdәn Bredanı (1625) әlә keçirdilәr. Lakin, tezliklә respublika qoşunları әks-hücuma keçәrәk Reyndәn cәnubdakı Flandriya vә Brabant әrazilәrini geri qaytardı (onlar Baş ştatların idarәçiliyinә keçdi; bax “Generalitet torpaqları”). Limburqda mühüm әhәmiyyәt kәsb edәn Maastrixt qalası әlә keçirildi, respublika donanması isә İspaniya donanmasını bir neçә mәğlubiyyәtә uğratdı. 1635 ildә Fransa Birlәşmiş әyalәtlәrin tәrәfindә müharibәyә qoşuldu. 1648 il yanvarın 30-da İspaniya ilә Niderland arasında imzalanmış Münster sülh müqavilәsinә görә, İspaniya Birlәşmiş әyalәtlәr resp.-nın müstәqilliyini de-yure tanıdı.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 