Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HOLLANDLAR
    HOLLANDLAR, n i d e r l a n d l ı l a r (özlәrini Hollanders, Nederlanders adlandırırlar) – german xalqı, Niderlandın әsas әhalisi. Sayları tәqr. 17 mln. nәfәrdir (2020). Hәmçinin ABŞ-da (5 mln. nәfәr holland mәnşәli; onlardan 150 min nәfәri mәişәtdә hollandca danışır), Kanadada (1mln. nәfәr holland mәnşәli; 11,5 min nәfәr hollandca danışır), Avstraliyada (270 min nәfәr), Belçikada (216 min nәfәr), Almaniyada (212 min nәfәr), CAR-da (208 min nәfәr), Fransada (91 min nәfәr) vә s. ölkәlәrdә yaşayırlar. Ümumi sayları tәqr. 20 mln. nәfәrdir (2020). Niderland dilindә danışırlar. Dindarların әksәriyyәti xristiandır; H.-ın çox hissәsi özlәrini heç bir dini qrupa aid etmir.
    Milli geyimli holland qadınlar.
    H. german xalqlarından olan batavlar, frizlәr, sonralar isә sakslar frankların әsasında formalaşmışlar. Yerli H. dünyanın әn hündür insanlarıdır. Müasir H.-ın çoxu şәhәrlәrdә yaşayır. Ənәnәvi k.t.-nın әsasını tәrәvәzçilik, bağçılıq (әsasәn, gülçülük; bu sahәdәn әldә olunan mәhsulun 90%-i ixrac olunur), südlük heyvandarlıq (әsasәn, Şimali Hollandiya, Cәnubi Hollandiya, Qroningen, Overeyssel әyalәtlәrindә) tәşkil edir. Tәrәvәz, pendir vә yağ orta әsrlәrdәn etibarәn Niderlandın әsas ixrac mәhsuludur; әn yaxşı pendir növlәri Edam vә Qauda şәhәrlәrinin әtrafında istehsal olunur. Tarla bitkilәri, әsasәn, Zelandiyada becәrilir. Balıqçılıq (15 әsrdә H. siyәnәk balığının duza qoyulması üçün xüsusi texnologiyanın tәtbiqinә başlamış, bunu uzun müddәt sirr saxlamışdılar; siyәnәk әn mühüm ixrac mәhsulu idi) vә gülçülük (16 әsrin sonlarından, әsasәn, çoxillik soğanaqlı bitkilәr: zanbaq, sünbülçiçәyi, nәrgizgülü, krokus; 17 әsrdә Niderlandda “zanbaq bumu” baş vermişdi) qәdim әnәnәlәrә malikdir. Bәndlәr (dam – Niderlandda bir çox şәhәr adının tәrkib hissәsi olan söz), dolama kanallar vә suçıxaran nasosları hәrәkәtә gәtirәn yel dәyirmanları vasitәsilә çox vaxt dәniz sәviyyәsindәn aşağıda yerlәşәn polderlәr – qurudulmuş torpaq sahәlәri yaradılırdı. Yel dәyirmanları hazırda da Niderland mәnzәrәsinin sәciyyәvi cәhәtidir.
     
    Hollandlar. Zanbaq festivalı (Amsterdam).
    Kәnd mәskәnlәrinin әn qәdim sıx kәnd tipi (komdorpen), әsasәn, Limburqun c.-unda, Şimali Brabantda vә Gelderlandın c.-unda yayılmışdır; Cәnubi Hollandiyada çay vә kanallar boyu uzanan cәrgәvi planlı kәndlәrdә eyni qәdimliyә malikdir; digәr әyalәtlәrdә belә kәndlәr daha sonrakı dövrlәrә aiddir. Şimali Hollandiya, Cәnubi Hollandiya, Utrext әyalәtlәrindә geniş yayılmış, xәndәk, yaxud hörmә çәpәrlәrlә ayrılmış binәlәr çox vaxt kilsәsi vә bazar meydanı olan mәrkәzi qәsәbәnin әtrafında yerlәşirdi. Kәndlәrdә әn qәdim “saks evi” tipi (hallehöys, hәrfi mәnası ev-xırman) bir damın altında mal-qara burdaqları ilә әhatәlәnmiş yaşayış otaqlarını vә xırmanı birlәşdirirdi; әsasәn, Niderlandın ş.-indә (Qroningen, Drente, Overeyssel), hәmçinin Şimali Almaniyada yayılmışdı. Şimali Hollandiya, Frislandiya vә Qroningen üçün mәrkәzindә samanlıq olan “friz evi” (hulfhöys); Limburq, Şimali Brabant vә Gelderland üçün flamand tipli “uzun frontonlu ev” (lan qhevelhuve) sәciyyәvidir; Limburqda çay daşı ilә döşәnmiş daxili hәyәti әhatә edәn yaşayış vә tәsәrrüfat otaqlarından, hәmçinin burdaqdan ibarәt “Cәnubi Limburq fermaları”na (heslotenhuve; hәrfi mәnası – qapalı hәyәt) rast gәlinir.
    Qәdim holland şәhәrlәri sıx planlı tikililәri ilә fәrqlәnir; kanallarda dayanan kiçik köhnә gәmilәri yaşayış otaqlarına (vonbot) çevirirlәr. İtiuclu damı, dar fasadı, iriölçülü әşyaları vә malları (onları dar pillәkәnlә qaldırmaq mümkün deyil) geniş pәncәrәdәn keçirmәk üçün bucurqadı olan evlәr vardır. Onları nәmişlikdәn qorumaq üçün divarların üzәrinә rәngli lak çәkilir; pәncәrәlәrә pәrdә asılmır, onlar bayır tәrәfdәn güllәrlә bәzәdilir. Ənәnәvi interyer üçün buxarı, divar taxçalarına yerlәşdirilmiş çarpayılar, divar rәflәrinә düzülmüş dekorativ qablar sәciyyәvidir.
    Sәnәtkarlıq ağac üzәrindә oyma (sandıqlar, mebel – xüsusilә Şimali Hollandiya vә Frislandiyada; taxta başmaqlar – klomplar vә s.), saxsı qablar (xüsusilә Delftdә) vә kaşı istehsalı, toxuculuq (şaquli dәzgah yayılmışdır), tikmә vә s. ilә tәmsil olunur.
    Ənәnәvi mәtbәxlәrindә tәrәvәz, balıq, süd mәhsulları (xüsusilә pendir) üstünlük tәşkil edir; çörәk az yeyilir, onu qaynadılmış kartofla әvәz edirlәr. Ən sevimli yemәklәri az duzlanmış, soğan vә duzlu xiyar qatılmış siyәnәk balığı (әnәnәyә görә ilk duzlanmış siyәnәk çәllәyi kraliçaya göndәrilirdi), hisә verilmiş siyәnәk, noxud şorbası, kroketlәrdir (әt vә ya balıqla klötsk); desertlәri şirin içlikli fәsәli, alma piroqu, duzlu vә şirin biyan kökü drajesidir (drop); hazırda şokoladdan çox istifadә edilir.
    19 әsrin birinci yarısınadәk 3–4 nәsilli böyük ailә, ş.-dә kәndli icması – marka saxlanılmışdı. Əsas tәqvim bayramları Müq. Martin (11 noyabr) vә Müq. Nikolay (6 dekabr) günlәri, maslenitsadır (Vastenavond); yerli haminin (kermes) şәrәfinә tәşkil olunan bayram gәzintilәr vә yürüşlәrlә müşayiәt olunur. Festivalların (mәs., siyәnәk, pivә vә s. festivalları), Alkmar vә Qauda şәhәrlәrindә pendir yarmarkalarının, gül hәrraclarının keçirilmәsi, ilk siyәnәk ovuna çıxan balıqçıların qarşılanması adәti (Bayraq günü), Niderland inqilabına (16 әsr) hәsr olunmuş, sәhnәlәşdirilmiş tarixi bayramların keçirilmәsi әnәnәsi orta әsrlәrdәn başlayır. Dövlәt bayramlarından әn mühümlәri Kraliça günü (30 aprel), parlamentin yeni sessiyasının açılışı günüdür (sentyabr ayının 3-cü çәrşәnbә axşamı). İdman cәmiyyәtlәri yayılmışdır. Ənәnәvi idman növlәri yelkәnli qayıq reqatası vә konkisürmәdir. Əsas nәqliyyat vasitәsi velosipeddir (orta hesabla Niderlandın hәr sakininә 1 velosiped düşür). Folklorları Til Ulenşpigel haqqında silsilә әfsanәlәr, Reyneke Lis haqqında silsilә nağıllar, heyvanlar haqqında nağıllar, sehrli nağıllar vә s.-dәn; Niderland inqilabı dövrünә aid nәğmәlәrdәn ibarәtdir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 