HOLLİ (Holley) Robert Uilyam (28.1.1922, İllinoys ştatı, Erbana – 11.2.1993, Kaliforniya ştatı, Los-Qatos) – Amerika biokimyaçısı, ABŞ Milli EA-nın üzvü (1968). Nobel mükafatı laureatı (1968, H.Q.Korana vә M.U.Ni renberqlә birlikdә). İllinoys Un-tini bitirmişdir (Çikaqo, 1942), Kornell Untindә (Nyu-York ştatının İtaka ş.) işlәmişdir (1943–66; 1957–64 illәrdә laboratoriya müdiri, 1965–66 illәrdә şöbә müdiri). 1968 ildәn Solk ad. Bioloji Tәdqi qatlar İn-tunda (Kaliforniya ştatı) biologiya elmlәri şöbәsinә rәhbәrlik etmişdir. Tәdqiqatları, әsasәn, zülalın biosintezinin vә nәqliyyat ribonuklein turşusunun (nRNT qurulrşrnun öyrәnilmәsinә hәsr olunmuşdur. nRNT-nin funksiyasını müәyyәn etmiş, fәrdi nRNTlәri ayırmış (1958), onlardan bәzilәrinin quruluşunu, Nirenberq vә H.Q.Korana ilә birlikdә genetik kodu vә onun zülal sintezindәki rolunu müәyyәn etmişdir.











