Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HOLLİVÚD 
    HOLLİVÚD (Hollywood) – Kaliforniya ştatının (ABŞ) Los-Anceles ş.-ndә rayon. Əh. tәqr. 210,5 min (2015). Şәhәrin mәrkәzindәn şm.-q.-dә, Santa-Monika d-rının c. yamaclarında, Sakit okean sahilindәn 20 km-lik mәsafәdә yerlәşir. 1880-ci illәrdә qәs. Kimi salınmış, 1887 ildәn H. adlandırılmışdır.1903 ildәn şәhәr olmuş, 1910 ildә Los-Ancelesә birlәşdirilmişdir.
    H.-da ilk kinostudiyalardan birini 1909 ildә U.N.Zeliq yaratmışdır. H. kino sәnayesinin әsl banisi 1913 ildә C.L.Laski vә S.Qolduinlә (Qoldfişlә) birgә “Jesse L.Lasky Feature Play Company” şirkәtini yaratmış rej. vә prodüser S.B. De Mill olmuşdur. 1920–30-cu illәrdә “Paramount Pictures”, “Uni versal”, “United Artists”, “Warner Brothers”, “Metro-Goldwyn-Mayer”, “Colum bia Pictures”, “20th Century Fox”, “RKO” H.-un “qızıl dövrünün” aparıcı studiyaları idi. Amerika Kinoakademiyasının “Oskar” mükafatının tәqdimat mәrasimi (1929 ildәn) hәr il H.-da keçirilir. “H.” sözü ümumәn Amerikanın kino sәnayesini bildirir. 1958 ildә burada Şöhrәt Xiyabanı (Hollywood Walk of Fame) yaradıldıqdan xeyli әvvәl M.Pikford, D.Ferbenks, R.Valentino, Q.Qarbo, M.Ditrix, H.Kuper, K.Geybl kimi sәnәtkarlar artıq H.-u bütün dünyada şöhrәtlәndirmişdilәr. Şöhrәt Xiyabanında kino xadimlәrinin, hәmçinin bәzi populyar personajların şәrәfinә 2300-dәn çox ulduz nişanı yerlәşdirilmişdir (2006). Kinema toqrafın çoxjanrlı modelinin yaranması vә inkişafı H.-un formalaşması ilә bağlıdır. Makkartizm dövrü H.-dan da yan keçmәmişdi: 1947–51 illәrdә bir çox kino xadimi hakimiyyәt tәrәfindәn şübhә altına alınmış vә on nәfәrә (“Hollivud onluğu” qrupu) kinoda işlәmәk qadağan edilmişdi. Televiziyanın inkişafı ilә әlaqәdar 1950-ci illәrdә H. kino istehsalındakı ciddi böhran 1960-cı illәrdә başlamış yeni inkişafla әvәzlәndi. 20 әsrin sonları – 21 әsrdә H. kommersiya baxımından özünün әn uğurlu dövrünü yaşayır, mәhsullarını bütün dünyaya yayaraq, beynәlxalq prokat hesabına filmlәrin nәhәng xәrcinin böyük hissәsini kompensasiya edir. Hazırda әsas studiyalar Avstraliya vә Kanada kapitalına mәxsusdur, onların çoxu H.-dan kәnarda (Los-Ancelesin qonşu rayonlarında) yerlәşir. H.-da, әsasәn, montaj, xüsüsi effektlәr studiyaları, kino şirkәtlәrin ofislәri fәaliyyәt göstәrir; bir çox kino ulduzu, prodüser vә Amerika kinobiznesinin digәr tanınmış xadimlәri yaşayır.
    Bahalı mağazaların vә restoranların yerlәşdiyi Hollivud bulvarı (әsasәn, 1920–30-cu illәrә aid tikililәr), “Hollivud Ruzvelt” mehmanxanası (1927; ilk “Oskar” mükafatları burada tәqdim olunurdu); “El-Kapitan-Paramaunt” (1922), “Misir”(1922), “Qraumanın Çin teatrı” (1927; hazırda Mann teatrı), “Penteyciz” (1929; “Oskar” mükafatları 1950-ci illәrdә burada tәqdim edilirdi), “Kodak” (2001; xüsusi olaraq “Oskar” mükafatının tәqdimatı mәrasimi üçün tikilmişdir) kinoteatrları H.-un görmәli yerlәrindәndir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 