HOLMİUM, Ho – kimyәvi element; dövri sistemin qısa formasının III (uzun formasının 3-cü) qrupun dadır, lantanoidlәrә aiddir; at.n.67, at.k.164,93032. Tәbiәtdә bir stabil 165Ho nuklidi var. H. 1879 ildә İsveç kimyaçısı P.T.Kleve (digәr mәlumatlara görә 1878 ildә İsveçrә fi ziki J.-L.Sore) tәrәfindәn kәşf edilmişdir. İsveçin paytaxtı Stokholmun lat. Holmia adından götürülmüşdür.
H. gümüşü-boz rәngli metaldır, heksoqonal qәfәsli modifikasiyası 1428°C temp-ra qәdәr davamlıdır; tәr.1461°C, tqayn.2720°C, sıxlığı 8795 kq/m3. Xarici elektron tәbәqәlәrinin quruluşu 4f 115s25p66s2. Ferromaqnetikdir, Küri nöqtәsi 19,4K. Birlәşmәlәrdә +3 oksidlәşmә dәrәcәsi göstәrir. Metallik H. havada yavaş oksidlәşir. H. tәrkibindә nadir-torpaq elementlәri olan filizlәrin emalından alınır. H. maqnit әrintilәrin komponentidir, H.-un birlәşmәlәri bәzi lüminoforların tәrkibinә daxildir.










