HOLMS (Holmes) Brayan (25.4.1920, B. Britaniya, Şinli – 11.7.1993, London) – ingilis pedaqoqu, müqayisәli pedaqogika üzrә mütәxәssis. London Un-tini bitirmiş (1946), hәmin un-tin Müqayisәli Pedaqogika İn-tunda işlәmişdir (1953 ildәn; 1975 ildәn prof., 1985 ildәn mәslәhәtçi). Avropa Müqayisәli Pedaqogika Cәmiyyәtinin (1973–77), London Komparativistlәri Assosiasiyasının (1982 ildәn) prezidenti olmuşdur. YUNESKO-nun tәhsil üzrә soraq kitabçalarının tәrtibçisidir. Müqayisәli pedaqogikanı fәnlәrarası elm sahәsi kimi sәciyyәlәndirәn H. tәdqiqtlarında psixologiya, etnologiya, sosiologiya vә digәr ictimai elmlәrdәn әldә olunan mәlumatlara әsaslanmışdır.










