Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HOLOKÓST 
    HOLOKÓST (ing. holocaust, yun. òλοκαῦστος – hәr şeyin yandırılması) – 1933–45 illәrdә Almaniyada vә nasist qoşunları tәrәfindәn işğal olunmuş әrazilәrdә yәhudilәrә qarşı soyqırımı. “H.” mәfhumu geniş mәnada hәrbi әsirlәrә vә müxtәlif azlıqların nümayәndәlәrinә, hәmçinin etnik azlıqlara (qaraçılar, polyaklar, әlillәr, homosek suallar, qaradәrililәr vә b.) qarşı nasist Almaniyasının kütlәvi repressiyalarını bildirir; 20 әsrin әvvәllәrindә ingilis dilindә meydana gәlmiş “H.” termini müasir anlamda, ilk növbәdә rusdilli әdәbiyyatlarda, yәhudilәrin mәhv edilmәsi mәnasında 1980-ci illәrdәn işlәdilir; ivrit dilindә çox vaxt “ha-Şoa”(fәlakәt) terminindәn istifadә olunur. H.-un әsasını nasizmin irqçilik nәzәriyyәsi, ariir -qinin digәr irqlәrdәn üstünlüyü ideyası, “dünya yәhudilәri”nin alman millәtinin әsas düşmәni olmalarına dair tәsәvvür tәşkil edirdi.
    Müasir tәdqiqatçılar H.-un gedişindә 4 mәrhәlә müәyyәnlәşdirmişlәr: 1933–39; 1939–41; 1941 ilin iyunu – 1943 ilin payızı; 1943–45; bәzәn sonuncu iki mәrhәlә bir dövr hesab olunur. 1933–39 illәrdә mәhdudiyyәtlәrә vә tәqiblәrә yalnız Almaniya sakinlәri mәruz qalmışdı vә bu, 1935 ildә yәhudilәr әleyhinә Nürnberq qanunlarının qәbul edilmәsi, әcnәbi yәhudilәrin, ilk növbәdә polşalı yәhudilәrin ölkәdәn sürgün olunması (1938) vә yәhudilәrin alman reyxindәn kütlәvi mühacirәtinә tәkan vermiş “Büllur gecәnin” talanları ilә bağlı idi. 1936 ildә Nürnberq qanunları qaraçılara da şamil olundu, onlar sıx yaşadıqları yerlәrә qovularaq sonradan hәbs düşәrgәlәrindә mәhv edildilәr. Bu dövrdә seksual azlıqların nümayәndәlәrinin, Yehova şahidlәrinin vә masonların seqreqasiyasına vә kütlәvi mәhvinә başlanıldı. İkinci dünya müharibәsinin başlanmasından vә Avropa ölkәlәrinin, o cümlәdәn yәhudilәrin sıx yaşadıqları әrazilәrin (Polşa, Baltikayanı, Qәrbi Ukrayna vә Belarus) tәdricәn işğalından sonra gettoların tәşkili, yәhudilәrin ictimai hәyatın bütün sahәlәrindәn sıxışdırılması vә mülkiyyәtlәrinin müsadirәsi H.-un әsas üsulları idi. 1941 il oktyabrın ortalarında yәhudilәrin Almaniyadan Polşa, Baltikayanı vә Belorussiyadakı gettolara kütlәvi köçürülmәsinә başlandı, 1942 ilin yanvarında nasist rәhbәrlәrinin Vanze konfransında yәhudi mәsәlәsinin “qәti hәlli” proqramı tәqdir edildi. İşğal olunmuş Qәrbi Avropa ölkәlәrindәn yәhudilәri Şәrqә deportasiya edir, sonra isә, әsasәn, Polşa әrazisindә yaradılmış Xelmno, Beljets, Treblinka vә s. hәbs düşәrgәlәrinә göndәrirdilәr. 1942 ildә H. qurbanlarının sayı maksimuma çatdı; qaz kameralarından istifadә etmәklә, qәddar tibbi tәcrübәlәr aparmaq yolu ilә yәhudilәrin kütlәvi mәhvi mexanizmi işә düşdü. 1943 ildә Şәrqi Avropa әrazisindә hәlәdә saxlanılan getto vә hәbs düşәrgәlәrinin, demәk olar ki, hamısı tәlәsik lәğv olundu; İtaliya, Norveç, Fransa, Belçika, Slovakiya vә Yunanıstandan yәhudilәrin kütlәvi şәkildә Osventsimә köçürülmәsinә başlandı, bu proses 1944 ilin oktyabrınadәk davam etdi. Yәhudilәrin sonuncu kütlәvi mәhvi әmәliyyatı nasistlәr tәrәfindәn Macarıstan yәhudilәrinә qarşı 1944 ilin may – iyul aylarında hәyata keçirildi. İkinci dünya müharibәsinin yekun mәrhәlәsindә nasist rәhbәrliyi yәhudilәrin fiziki mәhvini dayandıraraq sağ qalan yәhudilәrdәn ağır işlәrdә, hәmçinin Qәrb müttәfiqlәri ilә separat sülh müqavilәlәri haqqında danışıqlarda “әsas vasitә” kimi istifadә etmәyә çalışırdı.
    H. qurbanlarının dәqiq sayı mәlum deyil. Tәxmini hesablamalara görә, H. Avropa yәhudilәrinin 60%-nin – dünya yәhudilәrinin tәqr. 1/3-nin (6 mln. nәfәrdәn çox), qaraçı xalqının dörddә birinin, yaxud üçdә birinin (tәqr. 220 min nәfәr), polyakların tәqr. 10%-nin, sovet hәrbi әsirlәrinin tәqr. 3 mln. nәfәrinin vә b.-nın mәhvinә sәbәb olmuşdur; ruhi xәstәlәr vә digәr әlillәr dә kütlәvi qırğına mәruz qalmışlar. H. Nürnberq tribunalı tәrәfindәn “bәşәriyyәtә qarşı cinayәt” kimi qiymәtlәndirilmiş, 2005 ildә BMT Baş Assambleyası H.-un tarixi hadisә kimi tam vә ya qismәn inkarını rәdd edәn qәtnamәni sәsvermәyә çıxarmadan qәbul etmişdir. Bir sıra ölkәlәrdә H.-un açıq şәkildә inkarı qeyri-qanuni hesab olunur. 27 yan var – Osventsimin azad edilmәsi günü Holokost qurbanlarının Beynәlxalq anım günüdür.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 