HOLOKRİN VƏZİLƏR – fәaliyyәt prosesindә hüceyrәlәri tamamilә dağılan, möhtәviyyatı isә sekretә çevrilәn vәzilәr. Hüceyrәlәr vәzinin çoxqatlı epitelisinin xarici qatından tökülür, onların yerinin dolması isә aşağı (bazal) qatın kötük hüceyrәlәrinin çoxalması hesabına olur. Onurğalı heyvanların vә insanın piyvәzilәri vә böyrәküstü torlu zonasının vәzilәri, suda-quruda yaşayanların zәhәrli dәri vәzilәri, bәzi dәyirmiağızlıların selikli kisәciklәri vә s. H.v.-dir.










