HOLOQRAFİK YADDAŞ QURĞUSU – informasiyanın holoqrafik üsulla yazılması, saxlanılması vә canlandırılması üçün istifadә edilir. Holoqramdakı informasiya yarımton tәsvir şәklindә vә yadiskret şәkildә ikilik kodda verilәnlәr toplusu kimi saxlanıla bilәr. 1970-ci illәrdәn bir çox ölkәdә H.y.q. işlәnib hazırlanır. H.y.q.-nda, adәtәn, ayrı-ayrılıqda iki әmәliyyat yerinә yetirilir: 1) informasiyanın obyektin tәsviri, yaxud verilәnlәr yığımı şәklindә daxil edilmәsi vә onun holoqram şәklindә saxlanılması; 2) informasiyanın tәsvir vә ya ayrıca işıq siqnalı şәklindә seçilmәsi (alınması). Daxiletmә vә yadda saxlama birdәfәli vә ya çoxdәfәli (әvvәlcә yazılmış informasiyanın tam, yaxud qismәn pozulması ilә), seçmә isә hәmişә çox dәfәlidir. H.y.q.- nun әsas hissәlәri lazer, informasiyanı daxil edәn blok (adәtәn, fәza-zaman işıq modulyatoru), holoqram matrisi olan mühit vә informasiyanın çıxış blokudur (mәs., fotodetektorlar matrisi). Bundan әlavә H.y.q.-nda müxtәlif funksiyalı deflektorlar, hәmçinin optik vә mexaniki elementlәrdәn dә istifadә olunur.










