Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HOLOQRÁFİYA 
    HOLOQRÁFİYA (yun. őλos – tam + qrafıya) – dalğaların interferensiyasına әsasәn obyektin hәcmli xәyalının alınması vә bәrpa edilmәsi üsulu. İlk dәfә D.Qabor tәklif etmiş (1948), holoqram terminini dә o işlәtmişdir. Obyekt haqqında informasiya almaq üçün Qabor obyektin şüalandırdığı dalğaların yalnız amplitudundan deyil, hәm dә onun fazasından istifadә etmәyi tәklif etmişdir. Lakin onun tәklifindәki mәhdudiyyәtlәr vә güclü koherent işıq mәnbәyinin olmaması keyfiyyәtli holoqrafik xәyalın alınmasına imkan vermәdi. 1962 ildә Y.N.Denisyuk holoqramın yazılışını üç ölçülü mühitdә hәyata keçirdi. Lakin bu dәfә dә güclü koherent işıq mәnbәyi olmadığına görә obyektdәn sәpilәrәk fotolövhә üzәrinә düşәn dalğaların fazasının paylanmasını qeyd etmәk mümkün olmadı. Lazerin kәşfi bu çәtinliyi aradan qaldırdı. İlk dәfә Amerika fiziklәri E.Leyt vә Y.Upatniyeks arqonun lazer şüalanmasından istifadә edәrәk cismin üçölçülü xәyalını aldılar. H. metodundan istifadә edәrәk müxtәlif fiziki tәbiәtli (elektro maqnit, akustik, elektron vә s.) dalğa sahәlәrini yazmaq vә tәsvir etmәk olar.
    H.-nın iş prinsipi belәdir: lazerin buraxdığı geniş koherent işıq dәstәsi B yarımşәffaf güzgüyә düşdükdә (şәkil 1) iki şüa dәstәsinә (abab) ayrılır. Daşıyıcı adlandırılan abşüa dәstәsi O obyektinә düşür. Obyektdәn әksolunan abşüa dәstәsi ilә güzgüdәn әksolunan vә etalon adlandırılan abşüa dәstәsi hәssas C fotolövhәsinә düşür vә orada interferensiya edir. İnterferensiya mәnzәrәsi hәmin layın üzәrindә yazılır. Fotolövhәnin aşkarlanması nәticәsindә alınan xәyal holoqram adlanır (nöqtәnin holoqramı). Holoqramın hәr yeri sarı rәngdә görünür. Holoqrama mikroskopla baxdıqda növbәlәşәn rәngli vә qara zolaqlar müşahidә olunur. Bu zolaqlar obyekt haqqında zәngin infor masiya daşıyan, amplitud vә fazaların paylanmasının yazılmasına kömәk edәn koddur.
    Obyektin xәyalını almaq üçün holoqram tezliyi etalon şüanın tezliyinә uyğun müstәvi koherent ab dalğalar sistemi ilә işıqlandırılır (şәkil 2). Belә işıqlandırma zamanı işığın bir hissәsi düz keçir, digәr hissәsi isә difraksiya nәticәsindә iki sferik dalğaya ayrılır. Bunlar obyektin hәqiqi (O) vә mövhumi (O) xәyallarını yaradır. Mövhumi xәyala uyğun dalğalar sistemi obyektdәn çıxan dalğalar kimidir. Bunun sayәsindә holoqram obyektin hәcmli formasını tamamilә tәkrar edir, obyektin görünәn fәza yerlәşmәsini, hәm dә parallaks effektini verir. Bu, müşahidә nöqtәsinin yerini dәyişdikdә әşyanın nisbi vәziyyәtinin dә dәyişmәsini göstәrir. Belә holoqram birrәngli olur.
     
    Holoqramların әsas xüsusiyyәti ondan ibarәtdir ki, onları alındığı şüa ilә işıqlandırdıqda obyektin xәyalını çox dәqiq bәrpa etmәk olur. Bundan başqa holoqramlar bir sıra mühüm vә unikal xassәlәrә malikdir.
    H. insan fәaliyyәtinin müxtәlif sahәlәrin dә – maşınqayırmada, elmi tәdqiqatlar da, tibdә vә s. istifadә edilir. Holoqrafik interferometriya metodları maşın detallarının çox kiçik deformasiyalarını ölçmәyә imkan verir; holoqrafik optik elementlәr holoqrafik difraksiya qәfәslәri, spektral filtrlәr, aşağı aberrasiya sәviyyәsi ilә fәrqlәnәn fokuslayıcı ekranlar optik cihaz qayırmada geniş tәtbiq olunur.
    Holoqrafik xәyallarin üç ölçülülüyündәn vә yüksәk keyfiyyәtindәn tәsviri holoqramların – incәsәnәt predmetlәrinin, holoqrafik portretlәrin surәtlәrinin yara dılmasında istifadә olunur. Holoqramlar hәrәkәti zәrrәciklәrin, duman vә yağış damcısının, kavitasiya hadisәlәrinin vә s. öyrәnilmәsindә tәtbiq edilir. Elektron, rentgen vә neytron H. metodları ilә atom qәfәslәrinin vә ayrı-ayrı atomların quruluşu öyrәnilir. Maddәlәrin fotofiziki, foto kimyәvi vә qeyri-xәtti optik xassәlәrinin tәdqiqi zamanı H. metodları daha effektivdir. H. hәcmli rәngli kino vә televiziyanın, böyük tutumlu yaddaş elementlәrinin yaradılmasında perspektivlidir.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 