HOLOQRAM – işığahәssas lövhәdә yazılmış interferensiya mәnzәrәsi. Mikroskopla baxdıqda H. rәngli vә qara zolaqların növbәlәşәn sistemi kimi görünür. H.-ı alındığı şüa ilә işıqlandırdıqda hәqiqi xәyalı görmәk olur. Bir H.-ın üzәrinә birbirinә mane olmayan 150-yә qәdәr xәyal köçürülә bilәr. H.-ın kiçik bir hissәsi әşyanın hәcmli tam xәyalını bәrpa etmәyә imkan verir (bax Holoqrafiya).










