HOLONOM SİSTEM – maddi sistemin nöqtәlәrinin yalnız vәziyyәtinә (vә ya hәrәkәt vaxtı yerdәyişmәsinә) mәhdudiyyәtlәr qoyulan mexaniki sistem. Belә sistemdә bütün rabitәlәr (bax Mexaniki rabitәlәr) hәndәsi mahiyyәt daşıyır vә bütün mәhdudiyyәtlәr, sistemi tәşkil edәn nöqtәlәrin sürәtlәrinә deyil, yalnız koordinatlarına tәtbiq olunur.
Mәs., şәkil a-dakı ikiqat rәqqas H.s.dir. Burada saplar M1 vә M2 yüklәrinin sürәtinә deyil, yalnız vәziyyәtlәrinә vә ya yerdәyişmәlәrinә mәhdudiyyәt qoyur; belә ki, yüklәr öz hәrәkәti zamanı istәnilәn sürәtә malik ola bilәr. Sistemә daxil olan cisimlәrin koordinatlarından başqa sürәtlәrinә dә mәhdudiyyәt qoyan mexaniki rabitәlәr k i n e m a t i k r a b i t ә l ә r adlanır. Lakin sistemi tәşkil edәn cisimlәrin koordinatları ilә sürәtlәri arasında münasibәtlәri hәndәsi rabitәlәrә gәtirmәk mümkünsә, bu sistem dә H.s. olur. Mәs., düz xәtli rels üzrә mәrkәzi υ sürәtilә sürüşmәsiz (diyirlәnәn) hәrәkәt edәn R radiuslu tәkәr üçün υ = Rω münasibәtini yazmaq olar, burada ω – tәkәrin bucaq sürәtidir (şәkil b). Lakin tәkәrin mәrkәzinin s = AA1 yerdәyişmәsini tәkәrin φ dönmә bucağı ilә әlqәlәndirәn s = Rφ düsturundan istifadә etmәklә, bu mәsәlәni hәndәsi rabitәyә gәtirmәk olar. Demәli bu, H.s. dir.

Hәndәsi rabitәlәrә gәtirilә bilmәyәn kinematik rabitәlәr qeyri-holonom rabitәlәr, bu növ rabitәlәrә malik mexaniki sistem isә qeyri-holonom sistem adlanır.










