HOLSLAR – meşә zolağından yuxarıda yerlәşәn vә ilin isti vaxtında qardan azad olan dairәvi formalı zirvәlәr; bitki örtüyü olmur, nadir hallarda mamır vә sәrili sidr kolları ilә örtülür. H. yamaclarında müşahidә olunan hols terrasları onlarla m-lik yamacaşağı pillәlәrlә sәrhәdlәnir. Əsasәn mülayim-soyuq iqlimli Subarktika qurşağı d-rında (Cәnubi, Şimali vә Qütbyanı Uralda, Şәrqi vә Cәnubi Sibirin d-rında, Arktika adalarında vә s.) yayılmışdır.










