HOLST Qustav (21.9.1874, Çeltnem – 25.5.1934, London) – ingilis bәstәkarı, pedaqoq. 1893 ildәn Kral musiqi kollecindә (London) kompozisiyanı (Ç.Stanfordun rәhbәrliyi altında) vә trombonda çalmağı öyrәnmişdir. 1896 ildә Hammersmitin Sosialist cәmiyyәti nәzdindәki xorun dirijoru olmuşdur. 1903 ilә qәdәr Kuins-hollun (R.Ştrausun rәhbәrliyi ilә) ork.-lәrindә, K.Rozanın Opera şirkәtindә, Şotlandiya ork.-ndә trombon çalmış, sonra Londonun Morli vә Kral musiqi kolleclәrindә, Ridinq universitet kollecindә әvvәl müәllim, sonra isә musiqi rәhbәri olmuşdur. 1927 ildә Çeltnem dә onun şәrәfinә musiqi festivalı keçirilmişdir. 1932 ildә Harvard Un-tindә mühazirәlәr oxumuşdur.
Musiqi әsәrlәrinә son romantizmin, xüsusilә R.Vaqner musiqisinin (“Sehrli trubaçalan” kantatası, op. 18, 1904) tәsiri olmuşdur. R.Voan-Uil yamsın tәsirilә folklor mәnbәlәrindәn istifadә etmişdir (“Somerset rapsodiyası”, ork. üçün op. 21, 1907). H. Şәrq mәdәniyyәtlәri ilә maraqlanmış, sanskriti öyrәnmiş, hind eposumotivlәri vә öz librettosu әsasında “Sita” (1906) vә “Savitri” (1908) operalarını yazmışdır. K.Debüssi vә A.Şönberqin tәsiri hiss olunan “Planetlәr” (7 pyes) sim fonik silsilәsi vә “İsanın himni” iki qarışıq xor, qadın xoru vә ork. üçün (hәr ikisi 1917) H.-un әn mәşhur әsәrlәridir. Müәllifin rәhbәrliyi ilә ifa olunan “Planetlәr” silsilәsinin audioyazısı saxlanılmışdır (1922–24; 1926; H. öz әsәrini yazdırmış ilk bәstәkarlardan olmuşdur).










