HOMALOZOALAR (Homalozoa) – Paleozoy dövrünün ilkin olaraq radial simmetriyası olmayan, nәsli kәsilmiş dәrisitikanlılar yarımtipi. Kembri–Karbon çöküntülәrindәn mәlumdur. 4 sinfә ayrılır: ktenosistoideylәr, homosteleylәr (sinktlәr), homoyosteleylәr (solütlәr) vә stiloforlar. Ktenosistoideylәrin xarici örtüyünün (tekanın) buğumlu törәmәlәri yoxdur; homosteleilәrdә onun quyruğa oxşar buğumlu törәmәsi (stela), anusu vә әks tәrәfdә tekanın kәnarı boyu uzanan iki ambulakaları var; homoyosteleylәrdә – bir ucda qidatoplayıcı buğumlu çıxıntıdan vә digәr ucda quyruğaoxşar buğumlu çıxıntıdan ibarәtdir; stiloforda teka assimmetrikdir, bir buğumlu çıxıntısı var. Ola bilsin ki, o bәdәnin ön hissәsindә yerlәşib, qida toplamağa vә ya arxada yerlәşib hәrәkәt etmәyә xidmәt edirmiş. Son nәzәriyyәyә görә, H.-ın bir hissәsi xordalılar tipinә aiddir. Adәtәn dibdә yerlәşmiş bütün H. detriofaq vә ya filtratlar idi. Son zamanlar H. polifiletik qrup hesab edilir.










