HOMEOMORFİZM (homeo... + yun. μορφή – görünüş, forma), h o m o m o r f i n i k a s – topologiyanın әsas anlayışlarından biri; topoloji fәzaların qarşılıqlı birqiymәtli vә qarşılıqlı kәsilmәz inikası. Mәs., istәnilәn dairә istәnilәn kvadrata homeomorfdur, istәnilәn iki parça homeomorfdur, lakin parça nә çevrәyә, nә dә düz xәttә homeomorfdur. Fiqurların homeomorf fiqurlara keçidi zamanı dәyişmәyәn xassәlәri topoloji xassәlәr adlanır. Topoloji әlaqәlәrә misal kimi kompaktlıq vә әlaqәliliyi göstәrmәk olar.










