HÓMER Uinslou (24.2.1836, Boston – 29.9.1910, Men ştatı, Prauts-Nek) – amerikan boyakarı vә qrafiki. Xüsusi rәssamlıq tәhsili almamışdır. Litoqrafiyanı öyrәnmişdir (1854–57). Əsasәn, Nyu-Yorkun “Har per’s Weekly” siyasi jurnalında illustrator, o cümlәdәn ABŞ-da 1861–65 illәr Vәtәndaş müharibәsi zamanı hәrbi müxbir kimi fәaliyyәt göstәrmişdir. 1862 ildәn rәngkarlıqla mәşğul olmuşdur; hәrbi vә kәnd mövzularında mәişәt tabloları işlәmişdir (“Cәbhәdәn gәtirilәn әsirlәr”, Metro politen muzeyi, Nyu-York; “Bir әl kroket oyunu”, Rәssamlıq in-tu, Çikaqo; hәr ikisi 1866). Fransada olmuş (1866–67), yaradıcılığına erkәn impressionizm, hәmçinin yapon estampları tәsir etmişdir (“Lonq Branç, Nyu-Cersi”, 1869, Zәrif Sәnәtlәr Muzeyi, Boston). B. Britaniyaya gәlişindәn sonra (1881–82) H.-in rәngkarlığı daha tutqun vә pastoz texnikasında olmuşdur. H. sadә insanların (Amerika fermerlәri, ovçular, dәnizçilәr) hәyatını tәsvir etmiş, çox vaxt tәbiәt hadisәlәri ilә mübarizәdә insanın qәhrәmanlığını nәzәrә çarpdırmışdır. H.-in әsәrlәrindә real dәqiqlik dramatizm vә personajların parlaq psixoloji xarakteristikası ilә birlәşir (“Ovçu vә tazı”, 1892, Milli İncәsәnәt Qalereyası, Vaşinqton; “Qolfstrim”, 1899, Metropoliten muzeyi).

Homer Uinslou. “Qolfstrim”. 1899. Metropoliten muzey (Nyu-York).










