Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÓMO ERÉCTUS
    HÓMO ERÉCTUS, d ü z q a m ә t l i i n s a n – Homo nәslindәn qazıntı insan növü. H.e.-lara 1,8 mln.–500 min il bundan әvvәl yaşamış Yava pitekantropları vә Çin pitekan tropları (yaxud sinantroplar) aiddir. H.e. üçün yastı alın, düz vә qalın gözyuvası üstü yastıq, çox qalın (17 mm-әdәk) kәllә sümüklәri, beyin hәcminin 780–1225 sm3 olması sәciyyәvidir. Antropoloqların әksәriyyәti H.e.-u Afrika Homo ergasterindәn törәmә hesab edir. Bir sıra antropoloq H.e.-u vә Homo ergasteri qazıntı insanın bir növündә birlәşdirir. Pakistanda Soan vadisindә 2,2 mln. il bundan әvvәlә aid әmәk alәtlәrinin tapılması Asiya antropogenezinin әn qәdim mәrhәlәsindә insanın iştirakını tәsdiqlәyir. Bәzi tәdqiqatçılar antropoloqların çoxu tәrәfindәn Heydelberq adamı kimi müәyyәnlәşdirilәn Avropadakı Mauer, Araqo vә Petralona tapıntılarını H.e.-a aid edirlәr. Avropada әn qәdim insan tapıntılarından olan Çepranoda aşkarlanmış insan kәllәsindә H.e.-a mәxsus bir sıra әlamәtlәrin izlәnilmәsi onun Asiyadan Avropaya miqrasiyasını ehtimal etmәyә әsas verir. Antropoloqların әksәriyyәti Asiya H.e.-unu tәkamülün 350–100 min il bundan әvvәl daha inkişaf etmiş formalar (Heydelberq adamı) tәrәfindәn sıxışdırılıb kәsilmiş qolu hesab edir. Polisentrik nәzәriyyәnin nümayәndәlәri (F.Veydenreyxdәn başlayaraq) onları Şәrqi Asiyanın vә Avstraliyanın müasir әhalisinin birbaşa әcdadları hesab edirlәr.
    Çin pitekantropuun kәllәsi (reproduksiya).
    Çin Paleozoologiya muzeyi.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 