Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HÓMO SÁPİENS
    HÓMO SÁPİENS, d ә r r a k ә l i  i n s a n, s a p i e n s – Homo nәslinin növü. Əvvәllәr Neandertal adamının (A. Xrdliçka vә b.), sonralar isә protosapiensin (A. Vallua vә b.; bax Heydelberq adamı) nәsli adlandırılan H.s.-in vәtәni Avropa hesab olunurdu. Erkәn arxaik sapiensdәn son arxaik sapiensәdәk formaların irsiliyi izlәnilәn (280–100 min il bundan әvvәl; CAR-da Florisbad, Keniyada İleret vә Eliye Sprinqs, Tanzaniyada Letoli, Efiopiyada Omo-2, Sudanda Sinqa, Mәrakeşdә Cәbәl-İrhud; bir sıra antropoloqlar bu tapıntıları Fәlәstindәki Muğarat әl-Zuttiyә, Çindәki Dali vә Hindistandakı Narmada tapıntıları ilә yanaşı, Homo helmei mәxsusi taksona ayırırlar) H.s.-in Afrika mәnşәyi haqqında nәzәriyyә 1980-ci illәrdәn daha etibarlı hesab olunur. Bu fәrziyyәni tәsdiqlәyәn genetika tәdqiqatlarına görә, H.s.-in formalaşması 800 min il – 130 min il әvvәl müddәt әrzindә Afrikada baş vermişdir. 120–100 min il bundan әvvәlki dövrdәn anatomik cәhәtdәn müasir görünüşlü H.s.-lәr mәlumdur (Tanzaniyada Omo-1 vә Mumba, CAR-da Klasiyes River). Eyni zamanda arxaik sapienslәr Yaxın Şәrqdә (Kafzeh, Shul), 90 min il әvvәl Şәrqi Asiyada (Çindә Dinsun, Lüszyan, Layşuy vә s.; Altaydakı Denis mağarasındakı tapıntını erkәn sapienslәr hesab etmәk olar), tәqr. 60 min il әvvәl Yeni Qvineyada vә Avstraliyada (әn qәdim tapıntı Leyk Munqo), tәqr. 30 min il bundan әvvәl – Amerikada (әn qәdim tapıntılar Nyu-Meksikada Pendexo vә Sandia, Kentukkidә Luis vill, Aydahoda AmerikanFols, Ekvadorda Otovalo), 30 min il әvvәl Yaponiya vә Tayvanda. 40–35 min il bundan әvvәl Avropada mәskunlaşaraq burada yaşamış Neandertal adamının sıxışdırılması, yaxud assimilyasiyası (29 min il әvvәl nәsillәri kәsilmişdir) Orinyak mәdәniyyәtinin yayılması ilә müşayiәt olunurdu. H.s.-lә Neandertal adamı arasında әlaqәnin izlәri Xorvatiyadakı Krapina tapıntıları (30 min il bundan әvvәl) ilә tәsdiqlәnir. Avropada arxaik sapienslәr tapıntıları 36–26 min il әvvәlә (Almaniyada Hanöferzand vә Brül, Çexiyada Mladeçe, Xorvatiyada Velika-Peçina, Rumıniyada Oaze-1, Krımda Starosel ye, Qafqazda Memay vә Axştır mağaraları vә s.), Asiyada isә 90–30 min il әvvәlә aid edilir. Ümumilikdә H.s. gözyuvasıüstü yastığın olmaması, 1500–1600 sm3-lik beyin hәcmi vә gözәçarpan çәnәaltı çıxıntısı ilә sәciyyәlәnir. Yuxarı Paleolitin başlanğıcında H.s. Yer üzündә yeganә insan növü olmuşdur. H.s.-in tәkamül prosesini hәlә dә bitmiş hesab etmәk olmaz.
    Kromanyon adamının kәllәsi (reproduksiya). Zәnci
    sivilizasiyaları muzeyi. Dakar (Seneqal).
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 