HOMOQAMETLİK (homo... + qametlәr) – bir cinsә mәxsus fәrdlәrin eyni cinsiyyәt xromosomlu (mәs., X) qamet әmәlә gәtirmәsi. Amerika sitoloqu E. Vilson belә cinsiyyәtin homoqamet adlandırılmasını tәklif etmişdir (1911). Bir cinsin H.-yi vә digәrinin heteroqametliyi nәsillәrdә cinsiyyәtlәrin bәrabәr nisbәtdә saxlanmasının xromosom mexanizmini formalaşdırır. H. zamanı cinsiyyәt xromosomlarının bütün genlәri somatik hüceyrәlәrdә iki allellә göstәrilir, bu da normada onların hemiziqotluğunu (verilmiş xromosomun genlәri bir allellә göstәrildikdә) istisna edir. İnsan da daxil olmaqla, ayrıcinsiyyәtli orqanizmlәrin әksәriyyәtindә dişi cinsinin H.yi sәciyyәvidir. Erkәk H.-yi kәpәnәklәrdә, bulaqçılarda, bәzi hörümçәkkimilәrdә vә suda quruda yaşayanlarda, sürünәnlәrin bir qismindә, quşlarda vә çiyәlәkdә olur. Kişi H.yi hadisәsi (qadınlarda olduğu kimi iki Xxromosomu) mәlumdur, lakin kişi cinsinin inkişafını müәyyәn edәn gen qeyri-cinsiyyәt xromosomlarından birindә olur.










