Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HOMOLÓGÍYA 
    HOMOLÓGÍYA (yun. όμολογία – uyğunluq), b i o l o g i y a d a – orqanizmlәrdә orqanların vә strukturların mәnşә ümumiliyi ilә şәrtlәnәn uyğunluğu. Homoloji törәmәlәrin ilkin uyğun quruluşu tәkamülün gedişindә müxtәlif uyğunlaşmaların vә yeni funksiyaların inkişafı ilә әlaqәdar yaranan fәrqlәr nәticәsindә sonradan nәzәrә çarpmaya bilәr. Mәs., mәmәlilәrin orta qulağındakı sümüklәr (üzәngi, zindan, çәkic) digәr onurğalıların visseral kәllәsindәki hiomandibulyar, kvadrat vә oynaq sümüklәrinә homoloji uyğun gәlir. H. qohumluğa әsaslanan ilkin oxşarlıq olub analogiyaya, yәni müxtәlif növlәrdә (o cümlәdәn, bir-biri ilә qohum olmayan) oxşar uyğunlaşmaların inkişafı zamanı baş verәn ikincili oxşarlığa әksdir. R.Ouen H.-ya tәrif vermiş vә onu analogiyaya qarşı qoymuşdur (1843). H. hadisәsinin tәkamül mәnası Ç.Darvin tәrәfindәn izah edilmişdir (1859). Müxtәlif növlәrdә orqanların H.-sının sübut edilmәsi 4 әn mühüm meyara әsaslanır: orqanların quruluşunun morfoloji planının oxşarlığına; onların orqanizmdәki digәr orqanlara nisbәtәn yerlәşmәsindәki oxşarlığa; onların ontogenezdә inkişafındakı oxşarlığa; ümumi әcdada qәdәr olan aralıq formaların tәkamül ardıcıllığına. Alman zooloqu vә anatomu K.Hegenbaur (1898) müxtәlif növlәrdә orqanların H.-sını “xüsusi H.” adlandırmış, onu oxşar embrioloji rüşeymlәrdәn әmәlәgәlәn vә simmetriya oxu, yaxud müstәvisinә görә oxşar vәziyyәtdә olan bir orqanizmin quruluşuna uyğunluq kimi başa düşülәn “ümumi H.” ilә qarşıqarşıya qoymuşdur. Ümumi H.-nın 3 forması var: homodinamiya, homotipiya homonomiya.
    20 әsrdә “H.” terminindәn hәmçinin, genlәrin oxşarlığını vә homoloji orqanların formalaşmasına aparan morfogenez proseslәrinin uyğunluğunu göstәrmәk üçün istifadә etmәyә başladılar. Lakin orqanizmlәrin uzaq qohum növlәrindә genlәrin H.-sı ilә orqanların H.-sı arasında sadә uyğunluq yoxdur: belә ki, orqanizmin mürәkkәb strukturlarına ontogenez proseslәrindә qarşılıqlı tәsirdә olan çoxlu genlәr nәzarәt edir, bir genin dәyişikliklәri digәrlәrinin qarşılıqlı tәsiri ilә kompensasiya (bәrpa) oluna bilәr. Buna görә dә genlәrin H.-sı vә orqanların H.-sı müstәqil kateqoriyalardır. Xromosomların H.-sı xüsusi kateqoriya olub homoloji genlәrin eyni dәstlәrindәn ibarәt xromosomların uyğunluğudur.
    Sümüklü balıqların (a), sürünәnlәrin (b) vә orta
    qulağında eşitmә sümükcüklәri olan mәmәlilәrin
    (c) visseral kәllә sümüklәrinin homologiyası:
    1 – kvadrat sümük (mәmәlilәrdә zindan sümüyü);
    2 – oynaq sümüyü (mәmәlilәrdә çәkic sümüyü);
    3 – hiomandibulyar sümük (quru onurğalılarında
    üzәngi sümüyü); 4 – diş sümüyü; 5 – künc sümüyü
    (mәmәlilәrdә tәbil sümüyü); 6 – hioid.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 