HOMOLÓGİYA r i y a z i y y a t d a – hәr hansı l düz xәttinin (H.-nın oxu) bütün nöqtәlәrini özünә keçirәn vә bir tәrpәnmәz S nöqtәsinә (H.-nın mәrkәzi) malik proyektiv müstәvinin özünә qarşılıqlı birqiymәtli proyektiv inikası. Əgәr H.-nın mәrkәzi onun oxu üzәrindә deyilsә, onda H. qeyrimәxsusi vә ya hiperbolik H. adlanır (şәkil 1). Əgәr H.-nın mәrkәzi H.-nın oxu üzәrindәdirsә, onda H. mәxsusi vә ya parabolik H. adlanır (şәkil 2). Mәxsusi (sonlu) mәrkәzә vә qeyri-mәxsusi (sonsuz uzaqlaşmış) oxa malik H. homotetiyadır (şәkil 3). Qeyri-mәxsusi mәrkәzә vә mәxsusi oxa malik H. – oxadartılma vә ya oxasıxılmadır (şәkil 4). Qeyri-mәxsusi mәrkәzә vә qeyri-mәxsusi oxa malik H. – paralel köçürmәdir (şәkil 5). Sonsuz uzaqlaşmış mәrkәzә vә mәxsusi oxa malik parabolik H. irәlilәmәdir (şәkil 6). Şәkil 1–6-da A,B,C nöqtәlәrindәn H.-nın tәsiri nәticәsindә alınan nöqtәlәr A′, B′, C′ simvolları ilә qeyd olunmuşdur. Hәr bir proyektiv çevirmә ardıcıl iki çevirmәnin nәticәsidir: H. vә hәrәkәt.











