Azərbaycan Milli Ensiklopediyası
XI CİLD (HİNDİSTANDA XALQ ÜSYANI - XMELNİTSKİ )
    HOMOLOJİ SIRALAR QANUNU
    HOMOLOJİ SIRALAR QANUNU, i r s i d ә y i ş k ә n l i y i n h o m o l o j i s ı r a l a r q a n u n u – 1920 ildә N.İ.Vavilov tәrәfindәn formullaşdırılmışdır. O, taxıllar fәsilәsinin bir-birinә yaxın növ vә cinslәrindә bitkilәrin irsi dәyişkәnliyinin oxşar olduğunu aşkar etmişdir. Əlamәtlәrdәki bu oxşarlıq o qәdәr düzgün tәzahür edir ki, bir növün nümayәndәlәrindә bitkinin formasını bilmәklә digәr qohum növ vә cinslәrdә bu formaların tәzahürünü qabaqcadan görmәk olur. Növlәr mәnşәcә bir-birinә nә qәdәr yaxındırlarsa, bu oxşarlıq da bir o qәdәr aydın tәzahür edir. Belә ki, buğdanın müxtәlif növlәrindә (mәs., yumşaq vә bәrk) sünbülün qılçıqlılığına (qılçıqlı, yarımqılçıqlı, qılçıqsız), onun rәnginә (ağ, qırmızı, qara, boz sünbüllәr), dәnin forma vә konsistensiyasına, tezyetişkәnliyinә, soyuğa davamlılığına, gübrәyә hәssaslığına görә oxşar irsi dәyişkәnliklәr sırası üzә çıxır. Fәsilә daxilindә müxtәlif cinslәrdә (mәs., buğda, arpa, çovdar, vәlәmir, ayrıq vә taxıllar fәsilәsindәn olan digәr cinslәr) dәyişkәnlik paralelizmi daha zәif, sıralar (daha yüksәk taksonomik dәrәcә) daxilindә müxtәlif fәsilәlәrdә daha çox zәif tәzahür edir. Başqa sözlә desәk, H.s.q.-na müvafiq olaraq yaxın növlәr genomlarının çox oxşarlığına görә (tәqr. genlәrin oxşar dәsti, yığımı) oxşar potensial dәyişkәnliyә malikdir; bunların әsasını genlәrin oxşar homoloji (ortoloji) mutasiyaları tәşkil edir.
    N.İ.Vavilov H.s.q.-nun heyvanlara da tәtbiq oluna bilmәsini göstәrmişdir. Görünür ki, bu, bütün canlı orqanizm alәmlәrini әhatә edәn universal dәyişkәnlik qanunudur. Yaxın növlәrin DNT-sindәki ilkin quruluşun oxşarlığını açan genomika bu qanunun düzgünlüyünü aydın surәtdә izah etdi. H.s.q. sonrakı inkişafını molekulyar tәkamül nәzәriyyәsinin modul (blok) prinsipi üzrә qurur; buna әsasәn, genetik material әlamәtlәri duplikasiya vә DNT sahәlәrinin (modullarının) sonrakı kombinatorluğu yolu ilә divergensiya edir.
    H.s.q. seleksiya üçün lazım olan irsi dәyişkәnliklәrin mәqsәdyönlü axtarışına kömәk edir. O, seleksionerlәrә süni seçmәnin istiqamәtini göstәrir, bitki, heyvan vә mikroorqanizmlәrin seleksiyası üçün perspektivli formaların әldә olunmasını asanlaşdırır. Mәs., H.s.q.-dan istifadә edәrәk alimlәr torpağı azotla zәnginlәşdirәn, alkaloidsiz yem paxlası sortları yaratmışlar. H.s.q. hәmçinin insanda mübadilә xәstәliklәri vә neyrodegenerativ irsi xәstәliklәrin modellәşdirilmәsi vә müalicәsi üçün model obyektlәrin vә konkret genetik sistemlәrin (genlәr vә әlamәtlәr) seçilmәsinә kömәk edir.
    Əd.: В а в и л о в Н.И. Закон гомологических рядов в наследственной изменчивости.. М.1987.
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2016
ISBN: 978-9952-441-12-3
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VIII CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili:
ISBN:
Səhifələrin sayı:
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IX CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2019
ISBN: 978-9952-441-17-8
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, X CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2020
ISBN: 978-9952-441-18-5
Səhifələrin sayı: 600
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, XI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2024
ISBN: 978-9952-441-20-8
Səhifələrin sayı: 600
HİNDİSTANDA XALQ ÜSYANI – XMELNİTSKİ 