HOMOSEKSUÁLLIQ (homo... + seksuallıq), h o m o f i l i y a, h o m o s e k s u a l i z m, h o m o e r o t i k a, s e k s u a l i n v e r s i y a, b i r c i n s l i mә h ә b b ә t eyni cinsdәn olan şәxslәrә qarşı seksual hәvәs; istәr epizodik, müvәqqәti seksual deviasiya, istәrsә dә daimi seksual oriyentasiya ola bilәr. “H”. (Homo sexualität) termini ilk dәfә 1869 ildә Avstriya yazıçısı vә publisisti K.M.Benkert (1824–82) tәrәfindәn işlәdilmişdir. Kişi H.-ı hәmçinin “uşaqbazlıq”, “pederastiya” terminlәri ilә dә ifadә olunur.
Kişi-homoseksuallar çox vaxt özlәrini gey (ing. gay-provans lәhcәsi ilә truba durların kurtuaz mәhәbbәti, sonralar isә – yüngül davranışlı qadın vә kişi olmasını göstәrir). Qadın H.-ı lesbian mәhәbbәti (lesbianlıq), yaxud sapfizm (Lesbos adasında anadan olmuş vә yaşamış Qәdim yunan şairәsi Sapfonun adı ilә) adlandırılır.
H. çoxölçülü vә çoxmәnalıdır. A.Kinzi müәyyәn etmişdir (1948) ki, insanların erotik hissiyyatı vә seksual davranışı çox vaxt uyğun olmur. Müasir seksologiya seksual hәvәsi (libido), seksual davranışı, seksual xülyaları, emosional üstünlüyü, sosial üstünlüyü, hәyat tәrzini vә öz-özünü eynilәşdirmәni konseptual olaraq bir-birindәn ayırır. Seksual oriyentasiyanın ayrı-ayrı aspektlәri vә komponentlәri müxtәlif vaxtlarda formalaşır. Öz cinsindәn olan şәxsә qarşı qeyri-iradi erotik hәvәs çox vaxt artıq erkәn uşaqlıq dövründә meydana çıxır.
Seksuallığa әnәnәvi olaraq reproduktiv kontekstdә nәslin davam etdirilmәsinin stimulu vә vasitәsi kimi baxılır, onda aydındır ki, H. buna imkan vermir, H. qeyri-adi vә anlaşılmaz fenomen tәәssüratı bağışlayır. Müasir elmdә H.-ın mәnşәyi haqqında vahid nәzәriyyә yoxdur. Z. Freydin mülahizәsinә görә H. müxtәlif cinsli mәhәbbәtlә eyni psixofizioloji әsas üzәrindә durur: insan tәbiәtcә biseksualdır, onun xәyalında hәm hetero-, hәm dә homoerotik komponentlәr var, onların “balans”ı isә fәrdi inkişaf prosesindә müәyyәn olunur. Biol. elmlәr, birinci növbәdә genetika vә endokrinologiya H.-a meyilliyi anadangәlmә hesab edir. H.-in heyvanların çox növündә müşahidә edilmәsi ilә әlaqәdar tәkamül biologiyası hesab edir ki, o bir növ uyğunlaşma funksiyasını yerinә yetirә bilәr. İctimai vә humanitar elmlәr H.-ı hәr şeydәn әvvәl sosial vә mәdәni amillәrlә, uşağın tәrbiyә xüsusiyyәtlәri vә hәyat tәcrübәsi ilә әlaqәlәndirirlәr. Bәzәn homoseksual davranış vә tәmaslar anadangәlmә yox, xarici, şәrait amillәri (uzun müddәt bircinsli kollektivlәrdә – hәbsxanada, kazarmada vә s. olmaq seksual hәyatı “müxtәliflәşdirmәyә” meyil) ilә şәrtlәnir. Adәtәn, belә müvәqqәti, epizodik (ikincili) H. şәrait dәyişdikdә yerini heteroseksual aktivliyә verir, amma bәzi hallarda onlar eyni zamanda ola bilәr (biseksuallarda). H. bütün dövrlәrdә vә bütün insan cәmiyyәtlәrindә olmuş, mifologiyada, әdәbiyyatda vә incәsәnәtdә geniş әks etdirilmişdir. Bәzi qәdim mәdәniyyәtlәr onu yol verilә bilәn vә hәtta müsbәt hesab etmişdir. O, bәzәn yeniyetmәliyin tәşәbbüs inisiasiya elementi olmuşdur. Antik Yunanıstanda kişi ilә yeniyetmә oğlan arasında homoseksual әlaqәyә icazә verilirdi (pederastiya). Lakin H. nәsili davam etdirmәyә imkan vermir, nigah institutuna vә ailә dәyәrlәrinә ziddir. Bir çox dinlәr (xristianlıq, islam, yәhudi dini) H.-ı әn ciddi günahlardan biri hesab edir. Orta әsrlәrdә H. cinayәt hesab edilirdi. Yeni dövrdә onu qeyrinormal tәzahür xüsusiyyәti hesab etdilәr, bununla әlaqәdar “tәbiәtin sәhvinin” qurbanı olmuş insanların cinayәt mәsuliyyәtinә cәlb edilmәsinin әdalәtsizliyi haqqında mәsәlә meydana gәldi. 20 әsrin 2-ci yarısında H.-ın “adı çәkilmәyәn әxlaqsızlıq” olması dayandı, homoseksual “gettolar” öz subkulturasına malik icmalara çevrildi, seksual azlıqlar isә aşkar siyasi qüvvәyә çevrildi. 1960–70-ci illәrdә Qәrbin çox ölkәlәrindә, Rusiya Federasiyasında 1993 ildә (Fransada hәlә 1810 ildә) bircinsli hәvәsin dekriminalizasiyası (yaşlı insanlar arasında qarşılıqlı razılıq ilә homoseksual әlaqә üçün cinayәt tәqibinin lәğv edilmәsi) baş verdi. Bunun ardınca onun “depatologizasiyası”, yәni H.-ı psixi pozulma, seksual tәhrifolma kimi müәyyәn edәn “homoseksualizm” diaqnozundan imtina olundu. A.Kinza vә digәr alimlәrin tәdqiqatları göstәrdi ki, H. xeyli geniş yayılmışdır vә o, psixi sağlamlıqla tam uyğun olması qәbul olunduğundan daha geniş olmuşdur. Amerika psixiatriya assosiasiyası 1973 ildә H.-ı psixi xәstәliklәr siyahısından çıxardı.
Bu, 1990 ildә ÜDST, 1995 ildә Yaponiya, 1999 ildә Rusiya, 2001 ildә Çin dә yerinә yetirdi.
20 әsrin 2-ci yarısından başlayaraq dünyada cәmiyyәtin vә dövlәtin bircinsli mәhәbbәtә münasibәtinin normallaşması müşahidә edilir. Avropa cәmiyyәti hesab edir ki, insanların seksual oriyentasiya әlamәtlәrinә görә ayrı seçkiliyi hüquqi vә mәnәvi cәhәtdәn qәbuledilmәzdir. 21 әsrin әvvәllәrindә bircinsli әlaqәdә olmanın qanunilәşdirilmәsi prosesi sürәtlәndi. Bir sıra ölkәlәrdә dindarların hisslәri nәzәrә alınaraq belә birliklәri başqa cür (mәs., qeyd olunmuş partnyorluq) adlandırmaq üstün tutulur vә onların uşaqları övladlığa götürmә hüquqları mәhdudlaşdırılır.










