HOMOTÉTİYA (homo... vә yun. Jετός yerlәşdirilmiş) – Evklid fәzasının çevirmәsi; OM düz xәtti üzәrindә yerlәşәn hәr bir M nöqtәsinә müvafiq olaraq, M′ nöqtәsini OM′ = kOM qaydası ilә qarşı qoyur, burada k – H. әmsalı adlanan sıfırdan fәrqli sabit әdәd, qeyd olunmuş O nöqtәsi H.-nın mәrkәzidir (şәkil). k > 0 olduqda M vә M′ nöqtәlәri mәrkәzdәn eyni tәrәfdә, eyni şüa üzәrindә yerlәşir; k < 0 olduqda M vә M′ nöqtәlәri mәrkәzdәn müxtәlif tәrәflәrdә yerlәşir vә bu halda H. tәrs H. adlanır. k = 1 olduqda H. eynilik çevirmәsi, k = –1 olduqda mәrkәzә nәzәrәn simmetriya adlanır. H. zamanı düz xәtt düz xәttә keçir, düz xәtlәrin vә müstәvilәrin paralelliyi saxlanılır. H. oxşarlığın xüsusi halıdır. Bax hәmçinin Homologiya (riyaziyyatda).











